“Qarabağ”ın transfer etməyə hazırlaşdığı Reynaldo Silva Bakıya gəlib.
Qol.az xəbər verir ki, bu gün Ağdam təmsilçisinin bazasına gedən braziliyalı hücumçu həm klub rəhbərliyi, həm də baş məşqçi Qurban Qurbanovla görüşüb. Artıq tərəflər arasında razılıq əldə olunub. Yaxın günlərdə 29 yaşlı futbolçu ilə ilkin mərhələdə 6 aylıq müqavilə imzalanacaq. Əgər mövsümün sonuna kimi özünü yaxşı tərəfdən göstərə bilsə, sözləşmənin müddəti uzadılacaq.
Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Bu ilin fevral ayından ilin sonunadək “Aktobe”də oynayan 29 yaşlı futbolçunun Qazaxıstan təmsilçisi ilə müqaviləsi bu yaxınlarda başa çatıb. Reynaldo “Aktobe”də 30 oyuna 7 qol vurub.