Bakının məşhur “Nəsimi bazarı”nın sökülməsi planlaşdırılır. Bazarın ərazisi “pilot layihə”yə salınıb. Layihəni icra edən tikinti şirkətindən bildirilib ki, söküntü prosesi gələn ilin əvvəlindən başlanacaq və bazarın yerində 18 mərtəbəli yaşayış binası tikiləcək.
Həmçinin qeyd edilib ki, binanın ilk 3 mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərəcək.
Nəsimi rayon icra başçısının müavini Qurban İsmayılov məlumatı təsdiqləyərək, ərazidə olan həm yaşayış evlərinin, həm də bazarın şəhərin memarlıq üslubuna uyğun gəlmədiyini bildirib.
Bazarda çalışanların taleyi necə olacaq? Onlara söküntü ilə bağlı məlumat verilibmi?
Azvision.az-ın əməkdaşı “Nəsimi bazarı”na baş çəkərək suallara cavab tapmağa çalışıb.
Satıcılarla söhbət zamanı məlum olur ki, onların bəziləri bazarın söküləcəyindən xəbərsizdir. Dediklərinə görə, 500 ailə bu bazarın hesabına dolanır.
“Buradakıların hamısı məcburi köçkündür, bazardan 500 ailə çörək gedir. 40 ildir burada çalışırıq. İndi hara gedək? Heç kimə heç nə deməyiblər. Bu qədər camaatın taleyi ilə oynamaq olmaz. Hamı narahatdır. Bazardan çıxsaq, uşağımızı necə dolandıracağıq? Müdriyyət deyir ki, məsələ barədə məlumatı yoxdur, ortalıqda qalmışıq”, – deyə satıcılar şikayətləniblər.
Bir sözlə, satıcılar iş yerlərini itirmək istəmirlər. Onlar bazar sökülərsə, yeni iş yeri ilə təmin olunub-olmayacaqlarını bilmək istəyirlər.
“Biz kasıb adamlarıq. Bazar müdriyyəti də, tikinti şirkti də, bu işlərlə məşğul olan şəxslər də bizim taleyimizlə oynamasınlar. Ən azından vicdanlarına dayanıb bizi çörəyimizdən etməsinlər. Ali savadımız yoxdur ki, gedib haradasa iş tapa bilək. Göy-göyərti ilə ailə dolandıran adamlarıq. Baxın, satıcının dişinə. Görürsünüz? Pulu yoxdur ki, gedib özünə diş saldırsın”, – satıcılardan biri söhbətə əlavə edib.
Nəzarətçi Vaqif Adıgözəlov isə bildirib ki, söküntü barədə onlarda dəqiq məlumat yoxdur, buna görə də bazar işçilərinin hara daşınacağına konkret cavab verə bilmirlər.
“Bizdə bu barədə konkret məlumat yoxdur. Əgər elə bir şey varsa, gərək buradakı camaata əvvəlcədən xəbər verilsin. Bəlkə də söküləcək, müəyyən müddətdən sonra ticarət mərkəzi yaradılacaq və onları geri qaytaracaqlar. Amma indidən heç kimə heç nə deməyiblər. Gözləyirik, görək necə olacaq”.