Bakının “Vosmoy bazarı” kimi tanınan, Nizami rayonu, Naxçıvanski küçəsindəki meyvə-tərəvəz bazarında yük arabalarının icarə haqqının birdən birə 4 manatdan 10 manata qaldırılmasına etiraz edən arabaçılar bazar sahiblərinin hücumuna məruz qalıb.
Virtualaz.org xəbər verir ki, arabaçıların problemi ilə bağlı araşdırmanın virtualaz.org saytında dərc edilməsindən sonra bazarda araba icarəsini inhisarında saxlayan, “Ağa” kimi tanınan Rüfət adlı şəxs bu gün səhər şikayət edənləri bazara buraxmayıb.
Arabaçılardan birinin redaksiyamıza bildirdiyinə görə, “Ağa”nın adamları onlara belə deyib: “Əvvəllər bəlkə sizə yazığımız gələrdi, indi şikayət etdiyinizə görə sizə ümumiyyətlə araba verilməyəcək və bazara buraxılmayacaqsınız. Gedin hara istəyirsiniz şikayət edin, mətbuata yox, lap prezidentə deyin. Heç kim bizə heç nə deyə bilməz”.
Xatırladaq ki, “Vosmoy bazarı”nın meyvə-tərəvəzin parakəndə və topdansatışının həyata keçirildiyi həmin hissəsinə MTN generalı, Eldar Mahmudovun birinci müavini olmuş Hilal Əsədov nəzarət edir. Virtualaz.org bundan əvvəl bazarın Eldar Mahmudovun xeyir-duası ilə Hilal Əsədovla Akif Çovdarov tərəfindən “Maral Vega” MMC şirkətinin səhmdarları olan Cəfərov qardaşlarının əlindən necə alıb öz ailə üzvlərinin arasında bölüşdürdüyü haqda yazmışdıq.
Dünən bazarda hamballıq etməklə ailələrini dolandırmağa çalışan çarəsiz insanlara qarşı mafiyanın zülmü barədə araşdırmanın dərcindən sonra vəziyyətlə yaxından tanış olan mənbələr saytımıza bildirib ki, hazırda bazar tamamilə Hilal Əsədovun nəzarətindədir. Belə ki, Çovdarovun həbsindən sonra çox keçmədən generalın adamları bazarın qalan hissəsini onun əlindən alıb, Çovdarovun oğlu bazardan qovulub. Mənbələrimiz deyir ki, keçmiş ortağının və iş yoldaşının bu namərdliyi Akif Çovdarovu bərk hiddətləndirib.
Məlumata görə hazırda bazardan qovulan arabaçılar yaxınlıqdakı dayanacaqda toplaşıblar, dərdlərini kimə deyəcəklərini bilmirlər. Hilal Əsədovun bazardakı mafiyasının adamları onların bir çoxuna zor tətbiq etməklə bazardan qovub və onlara xəbərdarlıq edib: “Kim şikayətini geri götürüb üzr istəsə, yalvarsa, peşiman olduğunu bildirsə ona araba icarəyə veriləcək”...
Göründüyü kimi “mafiya ölməzdir” deyimi boş yerə yaranmayıb və Mahmudovun cinayətkar qruplaşmasının üzvlərinin bir qismi həbsdə olsa da nəyə görəsə azadlıqda qalan Hilal Əsədov və digər onun kimiləri öz əməllərini davam etdirirlər.