Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi 68 “A” ünvanlı binanın bir qrup sakini həyətlərində tikilən çoxmərtəbəli binanın tikintisinə etiraz edir.
Sakinlərin iddiasına görə, yaşadıqları bina qəzalıdır. Bina bir neçə sm aşağı çöküb. Bu, 2003-cü ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən də təsdiqlənib.
Xalis Quliyev adlı sakinin sözlərinə görə, “Fidan” MTK 2-3 gündür ki, ərazidə tikintiyə başlayıb: “Ondan 15-20 gün əvvəl digər binanın tikintisi başlanılıb. Bunun əsasında bizim həyətə giriş məsafəsi azalıb, uşaqların oynamağa yeri qalmayıb. Binanın tikilməsi bizim binamız üçün təhlükəlidir”.
Hicran Məmmədova bildirir ki, “Fidan” MTK-nin tikəcəyi bina ilə onların yaşadığı bina arasında məsafə çox azdır: “İki bina arasındakı məsafə 15 metrdir. Amma yeni tikiləcək digər iki bina arasında isə məsafə heç 5 addım deyil. Qanunvericilikdə deyilir ki, 17 mərtəbəli binanın arasında məsafə 50 metr olmalıdır. Uşaqlarımızın oynamağa yeri qalmayıb. Körpə uşaqlar maşın təkərinin altında oyun qurub oynayırlar”.
Sakinlər iddia edirlər ki, 68 “A” saylı binanın arxasında gedən tikinti zamanı binanın bəzi evlərinin divarlarında çatlar yaranıb: “Arxadakı binanın bünövrəsi qazılanda bəzi evlərdə çatlar əmələ gəlib. “Fidan” MTK-nın yanında ucaldılan binanın bünövrəsi qazılanda bizim binamız silkələnirdi. İndi siz təsəvvür edin, bu bina tikiləndə bizim binamızın aqibəti necə olacaq? Kim qarantiya verə bilər ki, sabah zəlzələ olanda binamız uçmayacaq? Bizim təhlükəsizliyimizə kim cavabdeh olacaq?”
Bina sakinləri bununla əlaqədar bir neçə dövlət qurumuna da müraciət etdiklərini deyir: “Tikinti ilə üzbəüz Bakının ən böyük məktəblərindən biri – 5 saylı məktəb yerləşir. Sentyabrda burada uşaq əlindən tərpənmək olmur. Dərslər başlayanda necə olacaq? Əraziyə böyük yük maşınları girib çıxır. Kim zamin dura bilər ki, məktəb açılanda uşaqlar o maşınların təkərləri altında qalmayacaq? Bununla bağlı Prezident Aparatına, Nazirlər Kabinetinə, Bakı və Nəsimi rayonlarının icra hakimiyyətlərinə məktubla və elektron müraciət etmişik. Hələ ki, bizə heç bir qurumdan cavab gəlməyib. Bir həftəyə gələcək. Fövqəladə Hallar Nazirliyinə müraciət edəndən sonra burada iş dayanmışdı. Nazirliyin nümayəndəsi gəldi, tikintiyə baxış keçirdi. O gedəndən sonra tikintiyə yenidən başladılar. Hasarı ordan sökmüşdülər, yenidən bərpa etdilər”.
“Ərazidə 17 mərtəbəli bina tikiləcək. İndi baxırsan yoxdu, amma tikiləndən sonra gəlib, baxın görün, bizim vəziyyətimizi? İndi bağırırıq, səsimizi duyan yoxdur. Gərək sabah qəza baş versin, kimsə ölsün ondan sonra oyansınlar? Xahiş edirik, səsimiz olun. Səsimizi bir yerə çatdıraq. Toz-duman əlindən, maşınların səsindən evdə yaşaya bilmirik. Uşaqlarımızın oynamağa yeri qalmayıb”, – deyə H.Məmmədova əlavə edir.
Sakinlərin sözlərinə görə, tikiləcək bina təhlükəsizlikdən əlavə, uşaqların oyun meydançasını da məhv edir: “Görün, necə gözəl yaşıllıq var? Onu kəsib bina tikmək istəyirlər. Ərazidə qəşəng park vardı. Tut ağacına baxın, dibini qazıblar, kökü üzdə qalıb. Aşır ağac. Belə ağacı böyütməyə illər lazımdır. Həm barından yeyirdik, həm kölgəsində sərinləyirdik. İndi ətrafını hasarlayıblar, bizi əraziyə buraxmırlar. Kimə deyək, kimə müraciət edək? Biz Prezidentimiz və xanımından çox razıyıq. Xahiş edirik, bizim səsimizi onlara çatdırın ki, dördüncü mikrorayonda xaosdur. Bütün tikintini bura salıblar. Məhəllələrin də hamısında tikinti gedir. Yolun və parkın yarısını da götürüblər. Uşaqlar harada oynasın bəs…”
“Fidan” MTK-nın icraçı direktoru Ədalət Əsgərov sakinlərin iddiasına cavab olaraq, musavat.com-a bildirib ki, şirkət ərazini şəxsi mülkiyyət kimi alıb: “Ərazimiz 34 kvadratmetrdir. Qanunauyğun olaraq, 15 metr məsafədən sonra bizim qırmızı xətt verilib. O xətdən sonra 10 metr içəridə olmaqla, binadan binaya 25 metr məsafə olmaqla, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin sənədləri təsdiq olunub. Ərazidə 26 mərtəbəli, bir bloklu bina tikiləcək. Gördüyünüz hasarı da bizə verilən ərazidən bir metr içəri çəkmişik. Ərazidəki ağaclardan hansı tikintiyə düşsə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aktlaşdırılacaq, ödəniş olacaq, sonra kəsiləcək”.