Liviyada 45 nəfər edam ediləcək — Qəddafi məsələsi davam edir

Liviyada 45 nəfər edam ediləcək — Qəddafi məsələsi davam edir Liviya cinayət məhkəməsi 45 nəfər barəsində edam hökmü çıxarıb.
Xarici KİV-ə istinadən xəbər verir ki, bu şəxslər 2011-ci ilin avqust ayında Tripolidə üsyançıların kütləvi şəkildə güllələnməsində ittiham edilir.

Daha 54 nəfər həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, məhkəmə işi 2011-ci il Liviya hadisələrinə aiddir. Əhali ölkənin diktatoru Müəmmar Qəddafinin istefa verməsi üçün üsyanlara başlamış, üsyançıların bir qismi hökumət qüvvələri tərəfindən blokadaya salınmış və hamısı məhv edilmişdi.

Oxşar xəbərlər