Anar Vəliyev bütün etimadları doğruldub - ÖZƏL

Anar Vəliyev bütün etimadları doğruldub - ÖZƏL DSMF-nin Beyləqan rayon şöbəsinin müdiri Anar Vəliyev dövlət qulluğunda şərəflə çalışır!

Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır.

Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.


Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Anar Vəliyev DSMF-nin Beyləqan rayon şöbəsinin müdirlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

DSMF-nin Beyləqan rayon şöbəsinin müdiri Anar Vəliyev adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Anar Vəliyev heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!

DSMF-nin Beyləqan rayon şöbəsinin müdiri Anar Vəliyev vəzifəsini vicdanla yerinə yetirir.

***
Azərbayanda vahid sığorta-pensiya sisteminin qurulması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 22 dekabr 2006-cı il tarixli 498 və 499 nömrəli fərmanlara əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin Dövlət Sosial Müdafiə Fondu vasitəsilə məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına və əmək pensiyaları ilə təminatına keçilmişdir. Bu əsasda Fondun Əsasnaməsinə bir sıra dəyişikliklər edilmiş, o cümlədən dövlətin əmək pensiyaları sahəsində siyasətinin istiqamətlərinə dair təkliflər hazırlanması və bu siyasətin həyata keçirilməsi əsas vəzifələrə aid edilmişdir.

Sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırıldı

Beyləqanda təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsi, sosial sığorta sistemində fərdi uçotun əhatə dairəsinin genişləndirilməsi və əhalinin pensiya təminatında vahid sistemin yaradılması sahəsində müəyyənləşdirilən tədbirlər uğurla yekunlaşdırılmışdır. DSMF-nin Beyləqan rayon Şöbəsinə toplanan daxilolmaların ümumi məbləğində özəl sektor və qeyri-büdcə təşkilatlarından alınan vəsaitin xüsusi çəkisi artmışdır.

Oxşar xəbərlər