Maliyyə-İqtisad Kolleci bu tədris ilini yüksək səviyyədə başa vurdu

Maliyyə-İqtisad Kolleci bu tədris ilini yüksək səviyyədə başa vurdu Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, drektordur. Bu şəxs kimidir? Bu şəxs Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin drektoru Oruc Məmmədovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn tələbələrə yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Oruc Məmmədov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.

-Oruc Məmmədov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Oruc Məmmədov Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin drektorluq fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Oruc Məmmədov - Kürdəmir rayonu Carlı kənd orta məktəbində (1994-1996) müəllim;
Azərbaycan Elitar Universitetində (1996-1997) rektor köməkçisi, Tədris hissə müdiri, “Hüquq elmləri” kafedrasında müəllim; Dağıstan Dövlət Universitetinin Bakı Humanitar Tədris Mərkəzində (1997) Təsərrüfat hissəsinin müdiri; “Naxçıvan” Universitetində (1997-2000) Tədris işləri üzrə baş inspektor, Tədris hissəsinin müdiri, “İctimai-siyasi və hüquq elmləri” kafedrasında hüquq fənləri üzrə müəllim, baş müəllim, dosent; Azərbaycan Müəllimlər İnstitutunda (2009) Tədris-metodik mərkəzin müdiri; AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (2000-2016) Tədris-metodiki şöbədə Tədris prosesinin təşkili və tənzimlənməsi üzrə baş mütəxəssis; İnzibati idarəetmə fakültəsində dekan müavini; Dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri, Hüquq kafedrasında dosent vəzifələrində işləyib.

2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində Tədris-metodiki Mərkəzin direktor müavini, eyni zamanda UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyir.

Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin drektoru Oruc Məmmədovun adı, ölkə ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Maliyyə-İqtisad Kollecinin drektoru Oruc Məmmədov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Belə ki Oruc Məmmədov dərs də dinləyir, kollecin təmiri, digər çatışmazlıqlarla da ciddi məşğul olur. Oruc Məmmədov kollecdə tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini əsas amillərdən sayır. Oruc Məmmədov bu tədris ilində kollecin əməkdaşları ilə birgə kollecin bütün sinif otaqlarında olmuş, tələbələrlə görüşmüş, tədrisin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini verməklə ayrı-ayrı siniflərdə dərslərdə olmuşdur.

Oruc Məmmədov kollecdə göstərdiyi qayğıya görə müəllimlər və valideynlər, tələbələr təşəkkür edirlər.
Ağız dolusu Oruc Məmmədovdan danışdılar. Yaxşı ki, Oruc Məmmədov kollecin drektor təyin olunub… Oruc Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….

qanuninfo.az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir

Oxşar xəbərlər