Futbol üzrə Azərbaycan milli komandası Qırğızıstan yığması üzərində böyük hesablı qələbə qazanıb.
Oyun UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində keçirilib və yoldaşlıq xarakteri daşıyıb.
Bakı Olimpiya Stadionunda baş tutan görüşdə hesabı 17-ci dəqiqədə millimizin kapitanı Maksim Medvedev açıb. 75-ci dəqiqədə isə Mahir Mədətov fərqlənib - 2:0.
Görüşdə son nöqtəni isə 84-cü dəqiqədə müdafiəçi Ürfan Abbasov qoyub.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstan, 4 gün sonra isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.