“Barselona” tarix yazdı, “Borussiya” qalib gəldi - Yenilənib+Video

“Barselona” tarix yazdı, “Borussiya” qalib gəldi - Yenilənib+Video Bu ün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, günü əsas qarşılaşması Nou Kampda "Barselona" ilə PSJ arasında olacaq. Tərəflər arasında ilk matç parislilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Günün digər oyunu Dortmundda olacaq. "Borussiya" "Benfika"nı qonağı edəcək. Portuqaliyada keçirilən ilk görüşdə "Benfika" 1:0 hesabı ilə qalib gəlmişdi.

23:45. “Barselona” (İspaniya) - PSJ (Fransa)

İlk oyun - 0:4

2-ci dəqiqədə Suarez fərqləndi. “Barselona” hesabı açdı.

40-cı dəqiqədə Kurzava öz qapısına qol vurur. “Barselona” hesabı 2-0 edir.

İlk hissə başa çatdı.

50-ci dəqiqdə Messi hesabı artırır.

61-ci dəqiqədə Kavani hesab arasındakı fərqi azaldır.

87-ci dəqiqədə Neymar fərqlənir.

89-cu dəqiqədə Neymar dubl edir.

90+5-ci dəqiqədə Serxio Roberto fərqlənir. "Barselona" 6-cı qolu vurur.

Matç bitdi. “Barselona” növbəti mərhələyə çıxır.

***

23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya)

İlk oyun - 0:1

4-ci dəqiqədə Aubameyanq fərqləndi. “Borussiya” önə keçdi.

İlk hissə başa çatdı.

59-cu dəqiqədə Pulişiç fərqlənir.

61-ci dəqiqədə Aubameyanq dubl edir.

85-ci dəqiqədə Aubameyanq het-trik edir.

Matç bitdi. “Borussiya” növbəti mərhələyə çıxır.


Oxşar xəbərlər