ABŞ prezidenti Donald Trampın məsləhətçiləri dövlət başçısına günün sonunda Suriyada bir neçə hədəfə sərt zərbələr seriyasını vurmağı məsləhət görürlər.
Bu haqda “The New York Times” qəzetinin elektron versiyasının məlumatında deyilir.
Nəşr Ağ Evdəki mənbələrə istinad edib. Məlumata görə, Amerika liderinin müzakirəsinə Suriya barəsində ölçülərin bir neçə variantı təqdim edilib. Nəşr qeyd edir ki, Tramp öz məsləhətçiləri ilə Suriyaya daha sərt zərbənin vurulması imkanını müzakirə edib. Bu zərbələr ötən il Xüms əyalətində hərbi aerodroma endirilən zərbələrdən daha sərt olmalıdır.
Raket zərbələri Duma şəhərində kimyəvi silahın güman edilən tətbiqinə cavab olmalıdır.
Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov bildirib ki, Rusiya hakimiyyəti Suriyaya zərbələrin vurulmasının ciddi nəticələri haqqında ABŞ-a xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya növbəti provokasiyadan şoka düşüb.
“Orada heç bir cəsəd, həmçinin tibbi yardıma görə müraciət etmiş heç bir insan yoxdur”, - Çijov “Euronews” telekanalına müsahibəsində bildirib.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, ABŞ-ın Suriyanın hökumət güclərinə zərbələri qlobal hərbi qarşıdurma ilə nəticələnə bilər.
Aralıq dənizində isə ABŞ-ın böyük hərbi qüvvələri cəmləşməkdədir. Ötən gün yayılan məlumata görə, ABŞ "USS Harry Truman" aviadaşıyıcısını və 7 savaş gəmisini Aralıq dənizinə göndərir. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər bu gün döyüş təyyarələri ilə Virciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Avropa və Yaxın Şərqdə yerləşdirilməsi üçün yola düşəcək.
Məlumata görə, "USS Harry Truman" aviadaşıyıcısını "USS Normandy" kreyseri, "USS Arleigh Burke", "USS Bulkeley", "USS Forrest Sherman" və "USS Farragut" destroyerləri müşayiət edəcəklər. "USS Jason Dunham" ve "USS The Sullivans" destroyerləri isə gəmi karvanına daha sonra qatılacaq. Gəmilərin göyərtəsində, ümumilikdə, 6500 heyət üzvü olacaq.
Bundan başqa, ABŞ gəmilərini bir müddət Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "FGS Hessen" freqatı da müşayiət edəcək.
Həmçinin, Böyük Britaniyanın Kiprdəki qoşunları Suriyaya zərbə endirmək üçün döyüş hazırlığı vəziyyətinə gətirilib. ABŞ, Böyük Britaniya və Fransa 24 saat ərzində Suriya ərazisinə zərbə endirə bilər.
Lakin bu məlumatlar hələ ki, öz rəsmi təsdiqini tapmayıb.
Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) Şərqi Aralıq dənizində uçuşlar həyata keçirməyi nəzərdə tutan hava yolu şirkətlərinə xəbərdarlıq edib. Təşkilatın 72 saat ərzində Suriyaya qarşı təşkil edilməsi gözlənilən hava hücumuna qarşı belə bir bəyanat yaydığı bildirilir.