Əməkdar artist Naibə Allahverdiyeva qonağı olduğu "Onda başladıq" verilişində maraqlı etiraflar edib.
Aktrisa həmkarıyla mübahisədən sonra xəstəxanaya düşdüyünü söyləyib:
"Teatrımızda bir aktrisa var idi. İndi haqq dünyasında olduğu üçün adını çəkmirəm. Ona demişdilər ki, tamaşada Naibə səni üstələyəcək. Bu söz ona çatdırılandan sonra aktrisa mənə qarşı kin saxladı. Yaşca böyük olduğu üçün cavab qaytara bilmirdim. Dəfələrlə təhqir etmişdi, söz atmışdı. Evə getdim, halım pisləşdi. Səhəri gün teatrda yenidən mənə söz atdı. Dedim ki, səni də öldürərəm, özümü də. O hadisədən sonra xəstəxanaya yerləşdirildim".
Qeyd edək ki, Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq" verilişi həftə içi saat 10-da başlayır. Verilişin informasiya dəstəkçisi "Ölkə.Az" saytıdır.