Biabırçı videosu yayılan əməkdar artist hirsləndi: "Görüntülərimi internetdə yayanları..."

Biabırçı videosu yayılan əməkdar artist hirsləndi: Aktrisa, əməkdar artist Vəfa Zeynalovanın a24.az saytının "Cavabım var” layihəsinin qonağı olarkən sualları cavablandıra bilməyib. Video-görüntü sosial şəbəkələrdə geniş müzakirə edilib, aktrisa qınaq obyektinə çevrilib.

Yeniçağ.az-a açıqlama verən əməkdar artist baş verənlərdən xəbərsiz olduğunu deyib:

"Heç nədən xəbərim yoxdur. Yəqin verilişdə nəsə soruşublar. İndi o sayta zəng edib, cavablarını verəcəyəm. Mənim video-görüntümü yayıblarsa, özləri bilsin, Allahları bilsin”.

Qeyd edək ki, bir neçə il bundan əvvəl də aktrisa "İlahi məxluq” fimindəki erotik görüntüsü ilə gündəmi bir-birinə vurmuşdu.


Oxşar xəbərlər