"Gənc Tamaşaçılar Teatrının tanınmış aktrisası, əməkdar artist Naibə Allahverdiyeva serialları sərt tənqid edib.
Sənətçi bu sahədə qeyri-peşəkarların çox olmasından gileylənib:
"Təsadüfən ATV kanalında yayımlanan bir seriala baxdım və dəhşətə gəldim. Bu qədər qeyri-peşəkarlıq olar? Geyim üzrə rəssam yoxdurmu? Hadisə içi bahalı əşyalarla dolu villada baş verir. Ana rolunu-villanın sahibəsini oynayan aktrisanın qrimi, saç düzümü, xalatı varlı qadını yox, xadiməni xatırladır. Hələ operator, rejissor işindən danışmağa dəyməz. Çünki bu, faciədir. Məişət dilini seriallara gətirirlər ki, guya təbii danışıq dilidir. Başa düşmürlər ki, kinonun öz dili var. Seriallarda oynayan bəzi istedadlı aktyorlar da rejissor naşılığı üzündən pis vəziyyətdə qalırlar. Gedin, özünüzə başqa sənət tapın. "Bezdarnı" yığınağı".
Xatırladaq ki, N.Allahverdiyeva son illər çəkilən bəzi seriallara dəvət alsa da, imtina edib.