Lənkəranda baş verən cinayət hadisəsinin bəzi təfərrüatları açıqlanıb.
APA-nın yaydığı məlumata görə, Ə.Yaqubzadənin boğazı atası İlham Yaqubzadə tərəfindən butulka şüşəsi ilə kəsilib. İlham Yaqubzadənin hadisəni törədərkən sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Lənkəranda 19 yaşlı gəncin boğazı kəsilib.
"Report" verdiyi xəbərə görə, Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 19 yaşlı gəncin boğaz nahiyəsindən kəsilərək xəsarət alması barədə məlumat verilib.
Lənkəran şəhər Zərifə Əliyeva küçəsi 78/10 mənzil 1 ünvanına gələn həkimlər Yaqubzadə Əli İlham oğluna ilkin tibbi yardım göstərdikdən sonra qanaxmanı dayandırmaq mümkün olub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onun üzərində əməliyyat aparılır.
Hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi söylənilsə də, əldə olunan məlumata görə, hadisə ata-oğul arasında yaranan münaqişə səbəbindən baş verib.