57 yaşlı piyadanı maşın vurub
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
İstiPress-in cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralınınLiman şəhəri ərazisində, Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. Xırdalan şəhər sakini, 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva yolu keçmək istəyərkən maşın onu vurub.
D. Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 57 yaşlı mərhumun üzərindəki sənəddə onun əslən Şamaxı rayondan olduğu, hazırda Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq qəsəbəsində yaşadığı məlum olub. Qadının jurnalist olduğu deyilir. Onun vuran maşının sürücüsü hadisə yerindən qaçıb və hələlik kimliyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.