Azərbaycanda kütləvi dava: Bir nəfərin iki qulağını kəsdilər

Azərbaycanda kütləvi dava: Bir nəfərin iki qulağını kəsdilər Faktla bağlı araşdırmalara başlanılıb

Lerik rayonunun Veri kəndində qonşular arasında kütləvi dava düşüb.

Hadisə otlaq sahələri üstündə gedən münaqişə zəmnində baş verib.

Kütləvi dava zamanı iki nəfər xəsarət alıb. Onların ata və oğul olduğu bildirilir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Lənkəran RMX-dan bildirilib ki, Lerik rayonundan şəxsiyyəti hələlik məlum olmayan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub:

“Xəstələrdən biri baş, ayaq və bədinin müxtəlif nayihələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib”.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Oxşar xəbərlər