Tayvanın şərqindəki Xualyan şəhərində baş vermiş zəlzələ nəticəsində ən azı 114 nəfər xəsarət alıb.
"Ölkə.Az"ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xilasedicilərin səylərinə baxmayaraq hələ ki çökən Marshal otelində blokadada qalmış 29 nəfəri xilas etmək mümkün olmayıb. Tayvan Daxili İşlər Nazirliyi axtarış-xilasetmə əməliyyatına kömək üçün hadisə yerinə 100-ə yaxın hərbçi göndərib, tezliklə onlara daha 250 əsgər də qoşulacaq.
***
Tayvanda 6,4 maqnitudalı zəlzələ baş verib. “Ölkə.Az”ın “The Telegraph”a istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində Tayvanın şərq sahillərindəki otellərdən biri çöküb. ABŞ Seysmik Araşdırmalar Mərkəzinin məlumatına görə, yerin 9,5 km dərinliyində baş verən zəlzələdən sonra sunami təhlükəsi xəbərdarlığı edilməyib.
Zəlzələnin episentri Hualian şəhərindən 21,4 km uzaqlıqda olub. Zəlzələ nəticəsində başqa bir otelin də ziyan gördüyü bildirilir.
Yerli mətbuat isə bildirir ki, çökən otelin ətrafında olan təxminən 30 nəfər dağıntılar altında qalıb.