Türkiyə ordusu: "Afrində 300 terrorçu məhv edilib"

Türkiyə ordusu: Türkiyə ordu baş qərargahı "Zeytin Dalı" əməliyyatı ilə bağlı yeni açıqlama verib.
"Ölkə.Az" xəbər verir ki, açıqlamaya əsasən, 20 yanvar tarixindən başlayan əməliyyat çərçivəsində ən azı 260 terrorçu məhv edilib. Bununla yanaşı türk ordusu da şəhid verib.

Ordu qərargahının açıqlamasında deyilir: "Əməliyyat çərçivəsində 23 yanvar tarixində terrorçularla toqquşma zamanı bir əskərimiz şəhid olub, digəri isə yaralanıb. Bu günə qədər ən azı 260 terrorçu məhv edilib. Əməliyyat davam edir".

Oxşar xəbərlər