İranda artıq üçüncü gündür etiraz aksiyaları davam edir.
"Report" xəbər verir ki, aksiyalar əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrilib.
Birinci nümayiş dekabrın 28-də Məşhəd şəhərində keçirilib. Ardınca aksiya Tehran, İsfahan, Yəzd və ölkənin digər iri şəhərlərini əhatə edib. Ardıcıl çıxışlar polis ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə onlarla insan saxlanılıb.
KİV-in məlumatına görə, iki nümayişçi güllələnib.