İranda gənclərə şənliyə görə 99 şallaq vurulacaq

İranda gənclərə şənliyə görə 99 şallaq vurulacaq Ölkədə spirtli içkilərin qəbulu və kişilərin qadınlarla rəqsi qadağandır

İranda əxlaq polisinin əməkdaşları tərəfindən buraxılış bayramları zamanı ölkənin mənəvi kodeksini pozduqlarına görə saxlanılan 30-dan çox gənc 99 şallaq cəzasına məhkum edilib.

Qəzvin şəhərinin prokuroru bildirib ki, gənclər yığıncaqda spirtli içki qəbul ediblər, həmçinin rəqs edərək əxlaqsız davranış nümayiş etdiriblər.

Məmurun sözlərinə görə, istintaqa cəmi bir gün vaxt sərf olunub.

Qeyd edək ki, İranda spirtli içkilərinq əbulu və kişilərinq adınlarla rəqsi qadağandır.

Oxşar xəbərlər