Azərbaycan əhalisinin təxminən 6 faizi əlilliyi olan insanlardır. Amma statistik məlumatlara görə, bunların cəmi 5 faizi işləyir. Məsələn, 40 mindən yuxarı gözdən əlilin sadəcə 2 faizi özünə iş tapa bilir.
AZXEBER.COM xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, "Məşğulluq haqqında" qanunda açıq yazılıb ki, qurumlarda əlillərin işləməsi üçün nə qədər kvota var: "Bunu yerinə yetirməyən qurumların üzərinə düşən məsuliyyət də var. 1500 manatdan 2000 manatadək həmin qurumların cərimə məsələsi qoyulub. Çox istərdik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama versin ki, bu gün ölkəmizdə bu qurumların neçə faizi əlillərin işə götürülməsi ilə bağlı qanunvericiliyi yerinə yetirir və yerinə yetirməyənlərin nə qədəri cərimələnir. Bu insanların işlə təminatında ciddi problemlər var. Qanun var, amma qanunun yerinə yetirilməsinə yetəri qədər səylər göstərilmir".
Millət vəkili bildirib ki, Qarabağ müharibəsi veteranları xüsusi bir qrupdur: "Bunlar illərlə ölkəmizi, torpaqlarımızı qoruyublar. Bu insanların işlə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi bir proqrama ehtiyac var. Hər kəs görməlidir ki, torpağı qoruyanın işlə təmin olunmasında öncüllük var. Qarabağ müharibəsi veteranlarının işlə təminatı məsələsinə nazirlikdə diqqətin ayrılmasına ehtiyac böyükdür".