“Azərbaycanda qadınların maaşı kişilərə nisbətən aşağıdır
Bu da onların daha çox dövlət sektorunda olan işləri seçməsi ilə əlaqədardır. Tibb sahəsində çalışanların 86 faizi, təhsil sahəsində çalışanların isə 73 faizi qadınlardır”.
Bunu Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi “Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” milli parlament seminarında deyib.
Nazir qeyd edib ki, qadınlar daha çox dövlət sektorunda işləməyi seçirlər: “Maaşın azlığı da buna görədir. Çünki özəl sektorda maaş daha çoxdur. Yəni, onlara qadın olduğuna görə az maaş verilmir”.