Moskvada Rusiya-Azərbaycan münasibətləri təhlil edilib
"Moskva-Bakı oxu-Qafqazın yeni geosiyasətinə doğru" adı altında Moskvada Azərbaycan-Rusiya münasibətlərinə dair beynəlxalq konfrans keçirilib. Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan görüş Azərbaycan Respublikası və Rusiya Federasiyasının siyasət və ictimaiyyət nümayəndələri ilə yanaşı, ekspertlər və politoloqları da özündə birləşdirib.
Konfransda aşılışında çıxış edən Geosiyasi Ekspertiza Mərkəzi sədri Aleksandr Duqin bildirib ki, tədbir Rusiyada Azərbaycan, Azərbaycanda isə Rusiya obrazının müəyyən olunmasında mühüm rol oynayır. Qarabağ münaqişəsinin həlli yollarına toxunan rusiyalı ekspert bu münaqişənin Moskva ilə Bakı arasında əməkdaşlığın möhkəmləndirilməsinə mane olduğunu bildirərək, Azərbaycanın gömrük ittifaqına girməməsinin başlıca səbəbi kimi göstərib.
Yazıçı-publisist Aleksandr Proxanov isə Bakının müstəqil xarici siyasət yürütməsinin Moskva üçün çox önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, bu məqam Azərbaycanın Rusiya ilə münasibətlərində mühüm rol oynayır. Yazıçı geosiyasətin son zamanlarda sürətlə dəyişdiyini və yeni dünyada müsbət xarakterdə Azərbaycan obrazının yarandığını söylədi.
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə bu gün keçirilən konfrans formatının özünəməxsusluğunu bildirərək, bu formatın da davam edəcəyini söylədi.
Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov Heydər Əliyevin Azərbaycanın inkişafındakı rolundan, Qarabağın Azərbaycan icmasının üzvləri - bəstəkar Fərhad Bədəlbəyli və millət vəkili Rövşən Rzayev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasındakı çətinliklərdən və süni yaradılan problemlərdən danışaraq konfrans iştirakçılarının diqqətini bu yönə çəkib, ATƏT-in Minsk Qrupunu fəaliyyətsizlikdə ittiham etdilər.
Digər rusiyalı deputat və senatorlar, siyasi ekspertlər və ictimai xadimlər də nitqlərində Rusiya və Azərbyacna arasında olan müsbət və mənfi cəhətləri, Qarabağ probleminin həllində Rusiyanın rolunu, humanitar, iqtisadi məsələlər barədə fikirlərini bildiriblər. //İstipress.com