Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul inqilaba cəhd hadisələri ilə bağlı Şanlıurfanın Harran qəsəbəsində ona heykəl qoyulmasını tənqid edib.
Ərdoğan bələdiyyə sədrləri ilə görüşündə bunun tarixi dəyərlərə zidd olduğunu söyləyib:
“Bunu eşidəndə çox pis oldum. Mən nə heykəlimin, nə də büstümün qoyulmasını istəmirəm. Bələdiyyələrimiz bundan sonra belə bir şey etməsinlər. Heykəl yerinə xalqa xidmətə dair əsərlər yaratsınlar”.
Qeyd edək ki, Ərdoğanın göstərişindən sonra heykəl götürülüb, yerinə isə “15 iyulu unutmadıq, unutdurmayacağıq” lövhəsi qoyulub.