Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı tənqid atəşinə tutub.
ABŞ-ın məşhur CBS kanalına müsahibə verən Ərdoğan Barak Obamanın və Co Baydenin Suriya probleminə barmaqarası baxdığını vurğulayaraq bunun nəticəsində Türkiyənin və bütün bölgə ölkələrinin böyük problemlərlə üz-üzə qaldığını bildirib.
"ABŞ-ın bölgədə yürütdüyü siyasət bizi məyus etdi. Bunun nəticəsində ölkəmizə 3 milyon qaçqın gəldi və illərdir bu qədər insanı biz ancaq öz imkanımızla saxlayırıq. Bundan başqa, Türkiyəni qarışdırmaq istəyən şər qüvvələrin başında duran FETÖ terror qruplaşmasının lideri Fəthullah Gülən hələ də ABŞ-da gizlənir. Bütün problemlər bizdə təəssüf hissi doğurur", deyə Ərdoğan qeyd edib.