Rusiyanın ən populyar futbol şərhçilərindən biri Vasili Utkin Dağlıq Qarabağı Ermənistan ərazisi sayaraq Azərbaycanı faktiki olaraq təhqir edib.
Milli.az bildirir ki, o, "Qarabağ" klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxmasından sonra Tvitter-dəki profilində yazıb: "Ümumiyyətlə, Cənubi Qafqazda klubu qonşu ölkədən olan etnomimlə adlandırmaq təki xoş ənənələr var. Qarabağ, Ararat..."
"Qonşu" ölkələr dedikdə şərhçi, təbii ki, Ermənistan və Türkiyəni nəzərdə tutub. Yəni V.Utkinin xəstə məntiqinə görə, Azərbaycan "Qarabağ", Türkiyə də "Ağrıdağ"ı "mənimsəyib".
Rusiyanın Matç TV telekanalından qalmaqalla qovulmuş şərhçinin bu biabırçı və sarsaq tvitə cavab olaraq ona coğrafiyanı öyrənmək, dünyanın siyasi xəritəsinə bir daha baxmağı məsləhət görüblər. Habelə, onu da xatırladıblar ki, V.Utkin bir zamanlar "Bakılı oğlanlar" ŞHK-nın kapitanı, mərhum Anar Məmmədxanovun qonağı kimi Bakıda olmuşdu.
Vasili Utkin də həmişə A.Məmmədxanovu "qardaşım və dostum" adlandırırdı.
Bir qədər sonra V.Utkin daha bir tvit yazıb: "Dostlar, Qarabağ və Araratla bağlı tvitimə görə utanıram. "Toponim" əvəzinə "etnomim" yazmaqla böyük səhvə yol verdim".