Yol polisi sürücüyə: "102 kimdir, burada əmri mən verirəm" (VİDEO)

Yol polisi sürücüyə: Cavadzadə Murad Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarından şikayətçidir.

Avtosfer.az xəbər verir ki, 99 YP 249 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Binəqədi rayon DYPŞ-nin əməkdaşları ona məxsus olan "Seat" markalı, 99 HT 730 dövlət nömrə nişanlı avtomobili saxlayıb ödənilməmiş cəriməsi olduğunu və buna görə avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər. Sürücü isə cəriməni yerində ödəməyə hazır olduğunu bildirib.

Yol polisi isə "cəriməni ödə, avtomobilini buraxım get" deyib. Sürücü bildirir ki, cəriməni ödəyib qəbzləri təqdim etsə də, ona maşının duracağa getməli olduğunu bildiriblər: "Dərhal 102 xidmətinə zəng edib şikayət etdim. Oradan da bildirdilər ki, cərimə ödənilibsə, avtomobil buraxılmalıdır. Bununla bağlı məni saxlayan YPX əməkdaşına bildirdikdə "102 kimdir, burada əmri mən verirəm" dedi.

Sonra isə PPX çağıraraq məni və avtomobilimdə olan dostumu bölməyə aparmağını istədi. Guya biz onu təhqir etmişik, tabe olmamışıq. Amma videogörüntülərdə də var ki, biz hər hansı kobudluğa yol vermirik. 102 xidmətinə zəng edəndən sonra məni aparmasalar da, dostumu bölməyə aparıb izahat aldılar. Həmçinin dedilər ki, sizə hələ bir cərimə də yazacağıq ki, qoşa xəttin tələbini pozmusunuz. Amma biz heç bir qaydanı pozmamışdıq".

Sürücünün göndərdiyi görüntüləri təqdim edirik:

Oxşar xəbərlər