Müğənninin 143 minlik avtomobili cərimə meydançasına aparıldı

Müğənninin 143 minlik avtomobili cərimə meydançasına aparıldı Müğənni İlahə İbadovanın bahalı avtomobili cərimə meydançasına aparılıb.

Avtosfer.az-ın məlumatına görə, iki gün əvvəl xanım müğənninin idarə etdiyi “Dodge Durango” markalı, 90 NM 007 dövlət nömrə nişanlı avtomobili Bakının mərkəzində yol polisi tərəfindən saxlanılıb.

Məlum olub ki, bu avtomobilə 4 dəfə həbs qoyulub. Onun xeyli ödənilməyən cəriməsi var. Bu səbəbdən də DYP əməkdaşı avtomobili cərimə meydançasına aparıb. Dünən isə müğənni cərimələri ödəyərək avtomobili oradan çıxara bilib.

Onun idarə etdiyi avtomobil oktyabrın 1-dən 15-dək 15 dəfə sürət həddini aşmağa görə radara düşüb. Hazırda İlahə İbadovanın avtomobilinin 150 manat cəriməsi var.

Müğənninin bu avtomobili 143 min manata aldığı bildirilir.

Oxşar xəbərlər