Beynəlxalq Bankın vəzifəli əməkdaşı ayrı-ayrı şəxslərin adına kredit götürüb. İttihama görə o, əldə etdiyi məbləğin böyük hissəsini "Topaz"da uduzub
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankın (ABB) "Qaradağ" filialının kredit şöbəsinin sabiq baş mütəxəssisi Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Məhkəmədə şahidlər ifadə verib. Onlar etiraf ediblər ki, E.Hüseynovun xahişi ilə banka gedərək pul götürüblər. Amma həmin məbləği aldıqdan sonra E.Hüseynova qaytarıblar.
Məhkəmədə şahd qismində Fərrux Həşimov ifadə verib. O deyib ki, mərhum atası Nəsimi Həşimov oula ehtiyacı olduğu üçün banka müraciət edib.
"Atam Elnuru tanıyırdı. Əvvəldən münasibətləri var idi. Biz banka gedəndə iş bir günə həll edildi. Atam 10 min manata imza çəkdi. 5 min atama verildi, 3 min Elnura qaldı, 2 min manat isə "şapka" olaraq tutuldu"- deyə şahid bildirib.
Fərrux Həşimov söyləyib ki, mərhum atası əvvəllər dətman zavodunda müdir işləyib, daha sonra isə özünə şirkət açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Digər şahid isə Qiyas Abdullayev olub.
Q.Abdullayev Elnur Hüseynovun xahişi ilə bankdan pul götürüb. E.Hüseynovu mömin bir şəxs kimi tanıdıöını deyən şahid onunla yaxın münasibətinin olduğunu söyləyib:
"Elnuru başqa bir mömin dostum vasitəsi ilə tanımışdım. Daha sonra məsciddə namazda görüşürdük. Bir neçə dəfə də məclislərdə görüşüb, çay içib, çörək yemişik. Mömin qardaş kimi də münasibətimiz yaxşı olub. Məndən xahiş etdi ki, adıma kredit götürsün. Mən də razılaşdım. Bir şəxsiyyət vəsiqəmi verib, banka getdim. 10 min dollara imza çəkdim, manatla kassadan götürüb, Elnura verdim".
Hakim şahidə bu işdə nə marağı olduğunu soruşub. Şahid isə deyib ki, sadəcə ehtiyacı olduğu üçün Elnur Hüseynova kömək edib: "Allah xətrinə kömək eləmişəm. Heç bir marağım da olmayıb. Bu gün başqa bir mömin qardaşım da xahiş etsə edərəm. Məqsədim kömək etmək olub".
Qiyas Abdulayev deyib ki, kredit götürərkən E.Hüseynovdan bir xahişi olub: "Xahiş elədim ki, kreditlə bağlı problem olmasın. Gecikmə olmasın ki, mənə zəng etməsinlər. İki il sonra "Dəmirbank"dan kredit götürməyə gedəndə dedilər ki, mənim gecikdirilmiş kreditim var. Buna görə də pul vermədilər. Elnura zəng edəndə dedi ki, bəzi problemlər olub, amma həll edəcək".
Məhkəmədə növbəti şahid kimi Rəsul Hüseynov da ifadə verib. O da deyib ki, E.Hüseynovun xahişi ilə bankdan 10 min dollar götürüb.
"Elnuru məscidlərdə ibadət edərkən tanıdım. Münasibətimizdə yaxşı olub. Mömin qardaş kimi xətrini çox istəmişəm. Uşağının xəstə olduğunu bilirdim. Ona görə də xahişi ilə razılaşdım. 10 min dollara imza atdım"- deyə şahid söyləyib.
Hakim isə deyib ki, təqsirləndirilən E.Hüseynov götürdüyü məbləğləri uşağının xəstəliyi üçün xərcləməyib:
"İstintaqdakı ifadəsində Elnur etiraf edib ki, götürdüyü kreditləri "Topaz"da udzub. Həmçinin spirtli içki istehsalı üçün şüşə butulka gətirib. Məqsəd spirtli içki istehsalı ilə məşğul olmaq olub".
Şahid isə Elnur Hüseynovun belə əməllərinin olmasından xəbərsiz olduğunu söyləyib.
Təqsirləndirilən E.Hüseynov isə bu ittihama gülümsəyərək reaksiya verib.
Məhkəmənin davamında E.Hüseynovun qardaşı Həmid Hüseynov dindirilib.
Məlum olub ki, onun adına bankdan iki kredit kartı vasitəsi ilə 23 min manat kredit limiti verilib.
Həmid Hüseynov deyib ki, kreditin bir hissəsi qaytarılıb.
Məhkəmənin növbəti iclası iyulun 12-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, E.Hüseynov bankda işlədiyi 2012-2015-ci illlər ərzində qulluq mövqeyindən sui-istifadə edərək ayrı-ayrı şəxslərə müraciət edərək, işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyərək kredit götürüb.
O, həm də bankın müştərilərinin imzalarını saxtalaşdıraraq onlardan xəbərsiz adlarına kredit götürməkdə də təqdirli bilinir.
E.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Bu iş üzrə bankın sabiq əməldaşı Aqilə Quliyeva da təqsirləndirilən şəxsdir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. (Musavat.com)