Bakıda müdir işçinin adına 41 min kredit götürüb, qaçdı

Bakıda müdir işçinin adına 41 min kredit götürüb, qaçdı Bakıda tikinti mağazasında fəhlə işləyən bir nəfər şəxsiyyət vəsiqəsini müdirə verdiyi üçün işə düşüb. Müdir Xəyal Adıgözəlov onun adına 41 min manat kredit götürüb. Onun müraciətindən sonra polis müdirin dələduz olduğunu müəyyən edib

Vüsal Əliyevin etdiyi səhv ona baha başa gəlib. Tikinti materialları mağasında işlədiyi zaman şəxsiyyət vəsiqəsini müdirə verməsindən sonra problem yaşayıb.

Onun şəxsiyyət vəsiqəsinin məlumatları tikinti şirkətlərindən birinə ötürülüb. Zərərçəkən iddiasına görə, bir müddət keçəndən sonra şirkət əməkdaşları mağazaya gəliblər ki, Vüsal Əliyevə müqavilə imzalatdırsınlar.

İndi Vüsal Əliyev düşdüyü mürəkkəb vəziyyətdən çıxmaq üçün Xəyal Adıgözəlovu polisə verib. Lakin həmin şəxsi tapa bilmir.

Oxşar xəbərlər