Millət vəkili Qənirə Paşayeva dollarla kredit götürənlər barədə fikrini bildirib. Bu barədə "Facebook" profilində yazıb:
"Bu axşam dollarla kredit götürmüş bir ailənin içimi sızladan hekayəsini dinlədim. Kirayədə yaşayan bu gənc ailə Qobuda özlərinə balaca bir ev tikib köçə bilmək üçün bir az kredit götürüblər və devalvasiyadan sonra artıq ciddi ödəmək sıxıntısı çəkdiklərini və banka da bu barədə məlumat verdiklərini söylədi. O qədər qayğılı və üzüntülü idilər ki... Hesab edirəm ki, ilkin mərhələdə ən azı dollarla 5 minə qədər kredit götürmüş insanların banklara ödəmələri əvvəlki kursla hesablanmalıdır. Çünki 5 minə qədər dollarla kredit götürən insanlar daha çox əhalinin maddi imkanları çox aşağı təbəqəsidir və əksəriyyəti çox ciddi bir problemini həll etmək üçün kredit götürüb və devalvasiyadan sonra onların banka ödəmələrində ciddi narahatlıq yarana bilər. Ona görə də onların əvvəlki kursla ödəmələri davam etdirməsi çox vacibdir. Ümid edirəm ki, bu sahəyə cavabdeh şəxslər bu istiqamətdə araşdırma apararaq dollarla kredit götürmüş maddi imkanları zəif ailələrin ödəmə şərtlərini yüngülləşdirəcək bir yol tapacaqlar. Bu gün dərdinə kömək aramak üçün gəlmiş gənc ananın gözlərindəki üzüntü, kədər hamımızı bu barədə daha çox düşünməyə çağırır”.