Yasamal rayonu, Şərifzadə 174 ünvanında yerləşən yaşayış binası sökülür
Binanın sökülməsindən narazı olan sakinlərdən biri Müşfiq Əhədov müraciətində, söküntü işlərinin "Qismət-M Construction” MMC tərəfindən aparıldığını bildirdi:
"Bizim binada 112 mənzil var. Bu mənzillərdə yaşayan bir nəfərə də olsun xəbər verilmədən artıq bina hasara alınıb. Biz yolu bağlamaqla narazılığımızı bildirdik. Bundan sonra söküntü aparan şirkətin nümayəndələri üzə çıxdılar. Bizə təklif etdikləri kirayə haqları və hər kvadrat metrə görə veriləcək məbləğ də bizi qane etmir. Çox aşağıdır. Bizim mülkiyyət hüququmuz aşıq-aşkar pozulur. Sakinlərin adından əsas danışan mənəm. Məni öfislərinə çağırırlar. Rəhbərlərinin adını soruşuram, deyirlər ki. Ofisə gəl, deyəcəyik. Bu necə şirkətdir axı? Rəhbərlərinin adını niyə gizlədirlər”?
Şirkət nümayəndələri sakinlərə binanın pilot layihə çərçivəsində söküləcəyini, narazılığa heç bir əsas olmayacağını bildiriblər.