Ramil Osmanlı: “Bəzi şirkətlər vətəndaşların hüquqlarını kobud şəkildə pozur, əşyalarını evdən çıxarmalarına imkan vermir”
Qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində icra hakimiyyətlərinin nəzarəti altında özəl şirkətlər tərəfindən binaların tikilməsilə prosesində problemlər yaşanır. Söküntüsü qərarlaşdırılmış ərazilərdəki sakinləri evdən çıxarmaq üçün özəl şirkətlər bir neçə üsula əl atır. Belə ki, ilk olaraq onların evdən çıxması üçün müəyyənləşdirilmiş təklif və vaxt verilir. Sonra sakinlərə hədə-qorxu gəlinməklə ərazidən çıxması prosesi sürətləndirilir. Evlərindən çıxmayan sakinlərin qaz, işıq, bəzən su kimi təbii ehtiyacları əngəllənir.
Yəni kommunal xidmətlərdən məhrum edilir. İşıq və qaz xətti kəsilir, su məhdudiyyəti yaranır. Bir sözlə, ərazi yaşanmaz hala gəlir. Sakin evi tərk edən kimi dərhal ərazi sökülür, bu haqda məhkəmə qərarı yoxdursa, iş hələ də məhkəmədədirsə belə söküntü aparılır. Bundan əlavə digər problemlər də yaşanır. Bəzi hallarda evdə yaşayış ola-ola söküntü baş verir. Sakinlər evdən zorla çıxarılır. Onlara müəyyən mənada təzyiqlər edilirlər. Bəziləri təhqir edildiklərini də deyir. Şikayətçi sakinlərin sözlərinə görə əsasən yerli icra hakimiyyətinin nümayəndələri bu işdə özəl şirkətlərə dəstək verir. Onların özbaşınalıqlarına göz yummaqla yanaşı həm də şərait yaradır. Bu isə əhaliyə qarşı hörmətsizlik və etinasızlığın bariz nümunəsidir. Ekspertlər hesab edir ki, əhaliyə qarşı bu cür davranış sərgiləyən özəl şirkətlərə oliqarxlar tərəfindən ixtiyar verilir. Çünki özəl şirkətlərin demək olar ki, çoxunun arxasında yüksək vəzifəli şəxslər, oliqarxlar dayanır. Vətəndaşların incidilməsinin, onlara qarşı qanun pozuntusu və kobudluqlarının isə qarşısı alınmır. Belə olan təqdirdə proses getdikcə dərinləşir. Söküntü işlərində yaranmış mövcud situasiya ictimaiyyəti də ciddi narahat etməyə başlayıb. Bu vəziyyətlə qarşılaşan və gələcəkdə rastlaşan sakinlər qanuni addımlar atsalar da, özəl şirkətlər bunu qulaqardına vurur.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Cümhuriyət” qəzetinə bildirib ki, çox təəssüflər olsun ki, bu sahədə problemlər var: “Bunu tam olaraq bütün şirkətlərə aid etmək olmaz. İcra hakimiyyətləri başçılarından tutmuş ayrı-ayrı vəzifəli şəxslərinə qədər vətəndaşlarının bu sahədə müdaxilələri yolverilməzdir. Bəzi hallarda məhkəmə iddiaları qaldırılır. Düşünürəm ki, bu ölkədə mülkiyyət hüququnun təminatı baxımından problem yaradır. Sözügedən sahənin normal qaydada işləməməsi icra hakimiyyət orqanları və müvafiq qurumların vəzifəli şəxslərinin qanunvericiliyin tələblərini pozmasından irəli gəlir. O ki, qaldı bu özəl şirkətlərin kimlərə bağlı olmasına, bu Azərbaycanda yaşayan bəzi vəzifəli şəxs və məmurlara aiddir.
Bununla bağlı kütləvi informasiya vasitələrində mütəmadi informasiyalar da əks olunur. Buna qarşı da mübarizə o qədər də ürəkaçan deyil. Bu baxımdan həmin şirkətlər ayrı-ayrı vaxtlarda vətəndaşların hüquqlarını kobud şəkildə pozur. Hətta qanunsuz olaraq onları mənzillərindən çıxararaq, zor tətbiq edir, əşyalarını evdən çıxarmalarına imkan vermir. Bunlara qarşı təəssüflər olsun ki, mübarizə metodları aparılmır”.
Ekspert əlavə edib ki, indiki halda vətəndaşların sözügedən problemlə bağlı mübarizə metodları yalnız qanuni yollarla aparılan addımlardır: “Bunun hələlik yolu məhkəmələrdir. Təbii ki, ayrı-ayrı rəhbər şəxslərə, dövlət qurumlarına müraciətlər də müəyyən nəticələr verir. Amma bu nəticə həmişə olmur. Daha çox məhkəmə və ictimai qaydada mübarizə metodlarından istifadə daha səmərəli olar”. (cebhe.info)