Etibarnamə ilə avtomobil idarə edənlər diqqətli olun. Hər an avtomobilə qoyulmuş həbs və ya ödənilməmiş cərimələri avtomobilin əsl sahibinə yox sizə ödətdirə bilərlər. Bəs belə hallarla rastlaşmamaq üçün nə etmək lazımdır? Sualımıza ekspertlər cavab verib.
Milli.Az “Xəzər xəbər”ə istinadən bildirir ki, zərərçəkmiş Pərvin Nəsirov avtomobili cərimə meydançasından çıxarmaq üçün 700 manata yaxın pul ödəyib.
Vətəndaşlar avtomobil aldıqdan sonra qeydiyyata sərf ediləcək vaxta və məbləğə qənaət niyəti ilə etibarnamə üsulunu seçirlər. Amma bəzən bu xoşa gəlməz hallara səbəb olur. Pərvin Nəsirovun aqibəti kimi.
Ekspertlər bildirir ki, belə halla üzləşən sürücü avtomobilin sahibini tapa bilmirsə və cəriməni ödəməkdən imtina edirsə onu mütləq məhkəməyə verməlidir. Məhkəmə qərarı ilə, ödənilməmiş cərimələrin tarixi və etibarnamənin verilmə tarixinə baxılır. Əgər həqiqətən də cərimələr ikinci şəxsdən əvvəl olubsa avtomobilin ilk sahibi tərəfindən cərimə ödənilməlidir. Məhkəmə prosessi bəzən uzandığından aylarla və yaxud da illərlə avtomobilsiz qalma ehtimalıda böyükdür.
Ümumiyyətlə etibarnamə ilə avtomobil idarə etmək təhlükəlidir. Məsələn avtomobilin əsl sahibi dünyasını dəyişərsə etibarnamə avtomatik ləğv olunur və əmlak hüququ onun varislərinə keçir. Ekspertlər etibarnamə ilə avtomobil alanlara diqqətli olmağı tövsiyə edirlər.