Sumqayıtda 31 yaşlı gənc məktub yazaraq intihar etdi: “Məni anamın yanında basdırarsınız" - VİDEO+FOTO

Sumqayıtda 31 yaşlı gənc məktub yazaraq intihar etdi: “Məni anamın yanında basdırarsınız Ötən gün Sumqayıtda intihar hadisəsi baş verib

Hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Həmin qəsəbənin ev 501 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Həşimov Emin Rafiq oğlu canına qəsd edib. 31 yaşlı Emin özünü hamamın tavanından kəndirlə asaraq intihar edib.

ilkin araşdırmalardan sonra məlum olub ki, özünü asaraq intihar edən 31 yaşlı Emin Haşımov əsəb xəstəsi olub və dəfələrlə ruhi-əsəb dispanserində müalicə olunub.

Onun asılı vəziyyətdə qalmış meyitini tapan atası Rafiq Haşımov bildirib ki, oğlunun evdə olmadığını görəndə ilk olaraq onun dənizə getdiyini düşünüb. Lakin daha sonra hamama daxil olmaq istəyərkən o, qapının arxadan bağlı olduğunu görüb. Rafiq Haşımov daha sonra qüvvətlə qapını itələyib və arxadakı dirək yerə düşüb. Hamamın işığını yandıran ata oğlunun asılı vəziyyətdə qalmış meyitini tapıb.

Emin Həşimov həyatına qıymamışdan öncə məktub da yazıb. O, məktubunda özünü öldürəcəyini qeyd edib. Məktubda Emin bu sözləri yazıb: "Məni anamın yanında basdırarsınız. Mənim də taleyim bu idi.Saat 13:20 -də özümü öldürürəm.

Mərhumun atası Rafiq Həşimov bildirib ki, oğlu anadan xəstəliklə doğulub. Onda əsəb və psixi pozğunluq olub, dəfələrlə ruhi-əsəb xəstəlikləri dispanserində müalicə alıb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər