Oğuzda rayonunda üç uşaq anası intihar edib
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə iyulun 23-ü axşam saat 20 radələrində rayonun Qarabulaq kəndində qeydə alınıb.
Kənd sakini 1984-cü il təvəllüdlü Əfsanə Məhəmməd qızı Azaxovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar olunub.
Üç uşaq anası olan 32 yaşlı Əfsanə Azaxovanın intihar səbəbi hələlik məlum deyil.
Faktla bağlı Oğuz rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.