Nazirlər Kabineti tərəfindən yenidən təsdiqlənmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” 2016/2017-ci tədris ilinin yay imtahan sessiyasından başlayaraq tətbiq olunacaq
Təhsil Nazirliyindən verilən məlumata görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr verib.
Əmrə əsasən, ali təhsil müəssisələrinin rəhbərləri "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” qaydaların 2016/2017-ci tədris ilinin yay imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etməlidirlər.
Qeyd edək ki, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na əsasən, akademik borcu olan tələbələrə hər semestrdə ümumilikdə iki fənn üzrə fənni dinləmədən kreditləri qazanmaq (imtahanda iştirak etmək) imkanı yaradılıb.
Əvvəlki qaydalardan fərqli olaraq dəyişikliklərə görə, bir semestrdə tələbənin götürdüyü kreditlərin maksimal sayı 38-dən 40-a, yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəminin sayı isə 9-dan 10-a qədər artırılıb. Eyni zamanda, əyani təhsilalma formasının yeni növləri – tədrisə tam cəlb olunma və tədrisə qismən cəlb olunma növləri tətbiq olunub.
Tədrisə tam cəlb olunma – ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan, tədrisə qismən cəlb olunma isə – ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür. Tədrisə qismən cəlb olunma növünün tətbiqi aztəminatlı ailələrdən olan tələbələrə işləmək, işləyən şəxslərə isə təhsil almaq imkanı yaradacaq. (Trend)