
Məsələnin üstü sakinlərin şikayəti əsasında açılıb. Bildirilir ki, meşədə ağacların icazəsiz kəsildiyi barədə məlumat alan polis, ərazidə iki sığınacaq aşkar edib. Məlum olub ki, ağırlığa davam gətirməyən birinci sığınacaq çökdüyü üçün rusiyalı daha bir ərazini qazaraq yaşamaq üçün şərait qurub. Maraqlısı budur ki, rusiyalı bütün bunları reallaşdırmaq üçün bankdan 1200 dollar kredit götürüb.
Təbii fəlakətlərdən qorunmaq üçün meşəyə sığınan şəxsin növbəti hədəfi irimiqyaslı sel fəlakətlərindən xilas olmaq üçün gəmi düzəltməkdir. (metbuat.az)