Ömürlük şikəstdən şok: “...özümü nazirlik qabağında yandıracam” - Video

Ömürlük şikəstdən şok: “...özümü nazirlik qabağında yandıracam” - Video Cəlilabad rayon sakini Baba Nuriyev Baba imdad diləyir

Yutub sosial şəbəkəsi vasitəsi ilə müraciət edən vətəndaş prezident və I vitse-prezidentdən yardım istəyir.

Onun sözlərinə görə, 2013-cü ildə Cəlilabad rayon ərazisində onu maşın vurub: “Cəllabad Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin səhlənkarlığı ucbatından ömürlük şikəst qalmışam.

Dəfələrlə müalicə olsam da, xeyri dəyməyib. Bu yaşımda şikəst qalmışam və mənə 2-ci qrup əlillik verilib. Mən növbəti dəfə haqsızlıqla əlillik dərəcəsinin verilməsində qarşılaşmışam. Belə ki, bütün dövlət orqanlarına müraciətim olub.

Onlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Nazirliyin hüquq şöbəsindən Saday müəllim məni qəbul edib dedi ki, Cəlilabad xəstəxanasından elektron formada bildiriş alıb müraciət etməlisiz ki, sizə 1-ci qrup əlillik verilsin”.

Ulus.Az xəbər verir ki, onun əlillik dərəcəsi 2-dən 3-ə salınıb. B.Nuriyev bildirir ki, sol ayağı dizdən aşağı işləmir.

“İş qabiliyyətimi itirmişəm, yataq xəstəsiyəm, hətta tualetə gedə bilmirəm. Bu qədər vəziyyətim ağırdır. Ancaq nazirlik mənə 1-ci qrup əlillik vermir.

Deyirlər ki, sənə 1 və 2 qrup düşmür. Hara müraciət etsəm də, xeyri yoxdur. Tək ümidim prezidentə və Mehriban xanıma qalıb.

Əgər müraciətimə bir ay ərzində baxılmasa nazirliyin qabağında özümü yandıracam. Bununla heç kimi hədələmirəm. Sadəcə, hüquqlarımı tələb edirəm.

Çünki hər kəs kimi Azərbaycanın vətəndaşıyam, seçkidə iştirak etmişəm, dövlətin mənə dəstək verməsi lazımdır.

Ya mənim vətəndaşlığım ləğv olunsun ya da özümü nazirliyin qabağında yandıracam. Bu qədər haqsızlıq olmaz. Mən hərəkət edə bilmirəm, işləyə bilmirəm. Cənab prezidentdən müraciətimə cavab gözləyirəm, çünki hər yerdən əlimi üzmüşəm”.


Oxşar xəbərlər