"ATV maqazin onlarla" verilişinin "İnanmayacaqsınız" rubrikasının növbəti qonağı rejissor Kənan M.M. olub
Axşam.az bildirir ki, rejissor həyatı ilə bağlı maraqlı etiraflar edib.
Kənan.M.M. bildirib ki, bir vaxtlar kriminal həyat yaşayıb:
"Elə bir mühitdə olmuşam ki, düzgün olmaq işə yaramırdı. Narkotik maddə istifadəçiləri ilə, oğrularla bir otaqda qalmışam. Üstümdə qaz balonu, bıçaq gəzdirmişəm. Bir dəfə Sumqayıtda qaz balonu köməyimə çatdı. Telefonumu götürmək istəyirdilər, ikisini vurdum, üçüncüyə gücüm çatmadı, qaz balonundan istifadə etdim".
Rejissor həyatındakı sevgilərdən danışıb:
"Evlənənə qədər neçə dəfə sevmişəm. İlk sevgim ingilis dili müəlliməm olub. O qədər evli qadınlardan təkliflər almışam ki... Özümü onun kişisinin yerinə qoymuşam, razılaşmamışam. Bir qız 2 ay mənə yazdı, görüşmək istədi. Axırda görüşdüm, o qədər gözəl idi ki... Ətrinin iyi özündən əvvəl gəlirdi. Özümü söyürdüm ki, 2 ay bunu necə geri çevirmişəm? Ad günüm ərəfəsində qız mənlə görüşdü, stolun üstünə maşın açarı atdı ki, "1 gecə mənim ol". Etiraz etdim, nəfsimin qurbanı olmadım. Halbuki, çox ehtiyacım var idi, maşın alacaq qədər qazanmırdım. Sonra öz gücümə ev də, maşın da aldım".