Vaxtilə daxili işlər orqanında işləmiş, hazırda Pentensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cəbiyev Maşallah Hüseyn oğlu Azərbaycan prezidentinə müraciət edib. Surəti redaksiyamıza təqdim olunan ərizəsində məhkum, 2015-ci ilin iyununda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək həbs olunduğunu, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edildiyini qeyd edib.
Törətdiyi əmələ görə dərin peşmançılıq hissi keçirdiyini bəyan edənvətəndaş, hazırda özünün və ailə üzvlərinin səhhətində ciddi problemlər olduğunu da dilə gətirib:
“Mən 1991-ci ildə Naxçıvan şəhər polis idarəsində bölmə komandiri işləyərkən və 1992-ci ildə Sədərək döyüşlərində iştirak edərkən düşmənin açdığı atəş nəticəsində bir neçə dəfə ağır yaralanmışam. Qəlpələrin bədənimə verdiyi mənfi enerji nəticəsində özümü daim narahat hiss edirəm, müalicəyə ehtiyacım var. Qeyd edim ki, 2-ci qrup müharibə əliliyəm. Hər iki övladım azyaşlı, eyni zamanda, əlil və şikəstdir. Belə bir vaxtda onların da ata qayğısına ehtiyacı var.”
Dia.az-ın xəbərinə görə, sonda Azərbaycan prezidentinin apardığı daxili və xarici siyasəti bəyəndiyini deyən keçmiş polis-döyüşçü, dövlət başçısından bağışlanmağını xahiş edib:“Xahiş edirəm Vətən qarşısındakı xidmətlərimi, əlilliyimi və şikəst uşaqlarımın olmağını nəzərə alaraq məni, məhkum olunduğum cəzanın çəkilməmiş hissəsindən azad edəsiniz.”