
İfaçının sosial şəbəkədə bir kişi ilə paylaşığı foto izləyicilərin müzakirəsinə səbəb olub. Çoxları həmin şəxsi Ş.Əsədovanın mediadan üzünü gizlətdiyi həyat yoldaşı hesab edib. Onlara xoşbəxtlik arzulayanlar, bir-birinə yaraşdıranlar da az olmayıb.
Lakin big.az-ın əldə etdiyi məlumata görə, fotodakı şəxs Şəbnəmin həyat yoldaşı deyil. O, ifaçının şəxsi cangüdənidir.
Qeyd edək ki, yenicə ana olan Ş.Əsədova həyat yoldaşı ilə cah-cəlallı toy etməsə də birlikdə yaşayır. Bu münasibətdən bir oğulları dünyaya gələn cütlük bildirib ki, kəbin və rəsmi nikah şəhadətnaməsini mediaya nümayiş etdirməyə hazırdır. (baku.ws)