“Baksell şirkətinə zəng edəndə özlərini "ölkənin qabaqcıl mobil şirkəti" kimi təqdim edirlər. Mən deyərdim ki, Baksel ölkənin öndə gedən soyğunçu və quldur şirkətidir. Bu qədər tənqidlər yazılır, bu şirkət haqqında tədbir görülmür”.
Bunu Bahadur Bilalov Feysbukda yazıb. Onun dediyinə göröə, niyəsini bilən varsa bildirsin, ayın 10-da paketi yenilənməlidir:
“Ayın 7-də balansa 6 AZN yüklədim. Bu gün səhər məlum olur ki, balansım 0-dır. Baksell mənin 6 manatımı iki gündə yeyib. Haramları olsun, xeyrini görməsinlər inşaallah”.
"Bakcell” mobil operatorundan şikayətlər səngimir. Kütləviləşən narazılıqla bağlı dövlət başçısına da müraciətlər ünvanlanır. Abunəçilər nəhəng mobil operator şirkətinin fırıldaqlarını faktlarla təqdim edirlər.
Ölkənin aparıcı mobil operatorlarından olan “Bakcell”dən kütləvi şikayətlər var. Abunəçilərin fırıldaqçılıq və soyğunçuluqda ittiham etdiyi şirkət müştərilərini hər gün aldadır.
Ölkədə fəaliyyət göstərən mobil operatorların fırıldaqları, abonentləri aldatması, istifadəçiləri şirnikləndirici vədlərlə müflis etməsi haqda artıq dəfələrlə məlumat vermişik.
Yalan vədlər, keyfiyyətsiz xidmət, insanları müəyyən yollarla aldadıb onlardan əlavə pul almaq artıq mobil operatorlarda ənənə halını alıb.
Xarici ölkələrdə fəaliyyət göstərən mobil operatorlardan fərqli olaraq, ölkəmizdə fəaliyyət göstərən mobil operatorların qarşılarına qoyduqları əsas məqsəd “kim müştəridən daha çox pul qopardı”, “kim kimi daha çox aldatdı” prinsipinə əsaslanır.
Ulus.Az xəbər verir ki, “Əla CİN” tarifindən yararlanan abunəçilərin sözlərinə görə, digər “cin” nömrəyə zəng etdikdə normal qaydada 1 saat danışmaq mümkün deyil.
Əlaqə hər 10-15 və hətta 5 dəqiqədən bir kəsilir və istifadəçi məcbur olub yenidən zəng etdikdə buna görə balansından əlavə 7 qəpik silinməli olur.
Şirkətin irəli sürdüyü qaydalara əsasən, bir saat danışıq üçün 7 qəpik ödəməli olan abunəçi “Bakcell” şirkətinin “səyi” nəticəsində 14, 21, 28, 35 və daha çox qəpiklər ödəməyə məcbur olur.
“Əla CİN” tarifi ilə daha bir “yenilik” isə ondan ibarətdir ki, ilk vaxtlar bu tariflə edilən zənglər 10 saniyəyə qədər davam etdikdə balansdan 2 qəpik, 10 saniyədən 1 saata qədər davam etdikdə isə 7 qəpik çıxılırdı.
Lakin şirkətin “səyi” nəticəsində sonradan bu qaydalar da aradan qalxdı. Hazırda “Əla CİN” tarifində zəngin dəyəri müddətdən asılı olmayaraq, 7 qəpik hesablanır.