Artıq ölkəmizdəki bahalaşma dalğasına onsuz da dünya standartları iıə müqayisədə kifayət qədər bahalı xidmətlər göstərən mobil operatorlar da qoşulmağa başlayıb
"Azpolitika”ya daxil olan məlumata görə, Azərbaycanın ən yaşlı və təcrübəli mobil operatoru olan "Bakcell” bu gün səhərdən etibarən öz müştəri xidməti nöqtələrinə üz tutan abunəçilərini heç də xoş olmayan sürprizlə qarşılayıb.
Belə ki, müxtəlif xidmət növləri üzrə – nömrənin dublikatının çıxarılması, tarifinin dəyişdirilməsi (cin-qold), addan-ada keçirilməsi, izahlı qaimələrin verilməsi və s. xidmətlərin qiyməti 1,5-2 dəfə artırılıb.
Məsələn, nömrənin dublikatının çıxarılması əvvəl 2,5 manat idisə, indi 3,5 manatdır. Yeni ada qeydiyyat 2 manatdan 4 manata, izahlı qaimənin, yəni nömrədən gedən zənglərin siyahısının çıxarılması 1 ay üçün 2 manatdan 3 manata, 2 ay üçün 4 manatdan 6 manata, 3 ay üçün isə 5 manatdan 9 manata qaldırılıb.
Bu və digər xidmətlər "Bakcell” abunəçilərinin ən çox üz tutduğu xidmət növlərinə aiddir. Deməli, bu qiymət artımı onsuz da danışıq tarifləri başda olmaqla, bahalı mobil xidmətlərdən istifadə edən abunəçilərin növbəti dəfə cibinə girmək anlamı daşıyır.
Bahalaşmanın səbəbini araşdıran saytımıza məlum olub ki, bu addım üçün mobil operatorlara bəhanəni yeni ad verilmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıb. Belə ki, Ramin Quluzadənin rəhbərlik etdiyi nazirlik mobil operatorlardan hər bir istənilən xidmətə görə 30 qəpik ödəniş tələb edir.
Xidmətlərin sayı isə nazirliyin yeni yaratdığı sistem vasitəsilə izlənilir. Nəticdə indiyə qədər əhalidən xidmətlərə görə pul alan və əvəzində nazirliyə ödəniş etməyən mobil operatorlar üçün yeni xərc və həm də qazanc mənbəyi əmələ gəlib.
Fikir verirsinizsə, xidmətlərə görə qiymət artımı ilə nazirliyə ödənən məbləğ adekvat deyil. Yəni ki, nazirliyə ödənilən 30 qəpiyin qarşılığında abunəçidən ən yaxşı halda 1 manat, digər hallarda isə 2-4 manat artıq məbləğ tutulur. Bu da sizin üçün azərbaycansayağı xidmət və biznes! Gördüyünüz kimi, olan yenə sizə, bizə, yəni adi vətəndaşlara olur.