Gecəsi 1500-ə kirayələnən müğənnilər, Röyanın 50 milyonluq sinəsi, yarıçılpaq Afaq - HƏFTƏBECƏR

Gecəsi 1500-ə kirayələnən müğənnilər, Röyanın 50 milyonluq sinəsi, yarıçılpaq Afaq - HƏFTƏBECƏR Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (120-ci say) təqdim edir.
Nə az, nə çox, düz 120 həftə. Hər halda az müddət deyil və bu müddətdə tənqidlərimizi oxuyan oxucularımız var. Buna görə hər birinizə təşəkkür düşür. Başladıq...

Pərvin adlı aktrisa deyib ki, rəqqasə Oksana ilə repçi Elşad Xosenin bir film üçün öpüşməsinə normal baxır. Amma, eyni zamanda, şükür edib ki, ona açıq-saçıq film üçün təklif gəlməyib.

Əgər gözlərim məni aldatmırsa, bir neçə filmin təqdimat mərasimində Pərvinin geyimlərini görmüşəm, hətta alt geyimlərində fotoları da sosial şəbəkələrdə yer alıb. "Xalqımız və mən buna hazır deyilik" söyləyən aktrisa o fotoları çəkdirəndə xalqı düşünürdümü?

Axı indi bir çox aktrisaların filmlərə, seriallara hansı "meyarlarla" çəkildiyini də bilirik. Söhbət burada konkret Pərvinə aid deyil, ümumidir. Elə ona görədir ki, 9-cu sinfi bitirən biri çıxıb açıqlama verir, izləyicilərindən, yol polislərinin ona hörmətindən, şəkil çəkdirməyindən danışır. Sadəcə, faciədir. Şərhlərinizi oxuyuram. Son vaxtlar gülməli yazmamağımdan narazılıqlar var. Ancaq elə həqiqətlər var ki, onların bəzənmədən söylənilməsinə ehtiyac var.

Prodüser Təranə deyib ki, müğənnilər əvvəlki kimi qazanmırlar. Tam haqlıdır. Məsələn, əvvəl yaşı altmışı keçmiş ağsaqqallar hansısa müğənniyə ayda əlli min pul buraxırdılarsa, indi belə etmirlər. İndi kimi ürəkləri istəyirsə, bir günlük, sadəcə, "kirayələyirlər". Qiyməti də təxminən 1000-1500 manat edir. Bildiniz də söhbət nədən gedir. Hə, bax belə şeylərə görə də müğənnilərin gəlirləri xeyli azalıb.

Müğənni Röya bədəninə qiymət qoyub. Təkcə sinəsinin qiyməti 50 milyon imiş. Qulpqoyan kişi israr edir ki, ora bu cümləni yaz. Ay bala, o neçə karatdır ki, qiyməti elə bahadır? Mən də kişiyə dedim ki, karatını bilmirəm, amma bu yaxınlarda özü demişdi ki, kişinin əlinə sığacaq qədərdir.

Əməkdar artist Kəmalə Rəhimlinin orqanları sıradan çıxıbmış. Bu barədə özü danışıb. Sənət adamlarının sosial problemlərini ən çox işıqlandıran jurnalistlərdən biri olmuşam. Amma indi yox. Çünki sağ ol deməkləri bir yana, axırda iş bərkə düşəndə deyirlər ki, özündən yazıb, mən elə söz deməmişəm. Allah şəfa versin!

Son zamanlar yarıçılpaq fotolar çəkdirib sosial şəbəkələrdə paylaşan müğənni Afaq Aslan deyib ki, istəsə tezliklə ərə gedər, özü də məmur və oliqarx oğluna. İkibaşlı söhbət oldu elə bil. Söhbət ərə getməkdən gedir, yoxsa?

Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərin üçüncü dəfə nişanlanması haqda danışıb. Maraqlıdır ki, sənətçi bu barədə mətbuata danışmaqdan qaçırdı. Görünür, televiziya belə şeylərdən danışmaq üçün daha əlverişlidir. Məsələn, əvvəlcə anons gedir, ardınca yenə bir anons və axırda xəbərin özü. Mətbuatda belə imkanlar nə gəzir? Bu da sənətçilərin bir şakəridir. Mətbuatdan qaçıb, televiziyalara yalvarmağı deyirəm.


Gecəsi 1500-ə kirayələnən müğənnilər, Röyanın 50 milyonluq sinəsi, yarıçılpaq Afaq - HƏFTƏBECƏR

Oxşar xəbərlər