Dağlıq Qarabağ münaqişəsi son 25 ildə xərclərin silindiyi ən əlverişli, ən unversal vasitəyə çevrilib.
İstipress xəbər verir ki, bu fikir erməni şərhçi Aram Amatuninin "1in.am" saytında dərc edilmiş məqaləsində vurğulanır.
Ermənistanın keçmiş prezidinti Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin Ermənistanın inkişafına mane olması barədə dediklərini şərh edən Amatuni bu məsələdə ölkəsinin gələcəyinin də ümidverən olmadığını vurğulayıb. Onun fikrincə, əgər ictmai fikirdə və siyasətdə nəsillərin real dəyişməsi olmayacaqsa, vəziyyət belə qalacaq. Bunun üçün yaşla, adla, xarici görkəm və geyimlə yanaşı, həm də düşüncə, psixologiya və dünyagörüşü dəyişməlidir.
Ümumiyyətlə, məqalə Ermənistanda korrupsiyaya qarşı mübarizənin yetərsizliyindən bəhs etsə də, amma müəllifin bir-iki cümlə ilə əks etdiyi bu detal Qarabağ probleminin bütün məğzini açır. İndi Ermənistanı idarə edən Qarabağ klanının əsas təmsiçiləri münaqişənin gedişi zamanı azərbaycanlıların yaşadıqları kəndlərdə törətdiklər talandan böyük var-dövlət əldə etdilər. Evlərdən əldə etdikləri palazdan tutmuş damların örtüklərinə, ağac materialına, avtomobillərə qədər İran, İrəvan və Tiflis bazarlarında satdılar.
Daha sonra ələ keçirdikləri əraziləri məskunlaşdırmaq adı altında erməni dasporundan 100 milyonlarda dollar vəsait cəlb elədilər. Amma keçən 25 il göstərdi ki, işğal edilmiş ərazilərdə ermənilər artmaq əvəzinə 3 dəfə azalaraq sayları 60 minə düşdü.
İndi isə Qarabağ klanı işğal edilmiş ərazilərdə əkin-biçinlə məşğuldur. Ordan yığılan məhsullar İrəvandakı emal müəssisələrinə yönəldilir və oradan da Rusiya bazarlarına göndərilir. Buna görə də klan Qarabağ münaqişəsini həll etmək istəmir.