ABŞ Dövlət Departamentindən Qarabağ açıqlaması

ABŞ Dövlət Departamentindən Qarabağ açıqlaması "Con Kerri bildirib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Qarabağ Münaqişəsinin hərtərəfli tənzimlənməsinə dair danışıqlarda yardım göstərir"

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Dövlət Departamentinin mətbuat katibi Con Kirbi jurnalistlərlə keçirdiyi brifinq zamanı bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ Münaqişəsinin nizamlanması məsələsini də şərh edib.

Kirbi Varşavada baş tutan görüşlər zamanı ABŞ dövlət katibi Con Kerrinin Qarabağ Münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri xatırladıb və bildirib ki, Kerri NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.

"Bu görüşlərdə dövlət katibi Kerri Vyanada və Sankt-Peterburq görüşlərində əldə olunmuş öhdəliklərin yerinə yetirilməsinin vacibliyini bildirib. Kerri həmçinin təsdiq edib ki, ABŞ Qarabağ Münaqişəsinin hərtərəfli tənzimlənməsinə dair məzmunlu danışıqlarda yardım göstərir", - deyə Kirbinin sözlərinə istinadən dövlət departamentinin yaydığı məlumatda bildirilir.

İyul ayının 8-də Polşanın paytaxtı Varşavada Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, 17 dövlət başçısının iştirak edəcəyi NATO sammiti başlayıb. Sammitdə alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul edilib.

Sammitdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb ki, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”.

ABŞ Dövlət katibi Con Kerri Qarabağ münaqişəsini NATO sammitində müzakirəyə çıxarıb. Dövlət rəsmisi Qarabağ münaqişəsi barədə Azərbaycan və Ermənistan dövlət başçıları ilə söhbət edib. //anspress

Oxşar xəbərlər