Jurnalist Sevinc Fədai həyat yoldaşının intihar etdiyi gecə yaşananları detalları ilə açıqladı: "Mənimlə "Gündəlik Teleqraf” qəzetinin nömrəsindən danışanda əmin oldum ki, redaksiyaya qayıdıb, amma...
Gənc yazar Mövlud Abdullayevin intiharı ilə bağlı cinayət işi açılıb. İstintaq artıq hadisə ilə bağlı mərhumun yaxınlarını dindirir, ifadələrini alır. Bu arada M.Abdullayevin həyat yoldaşı Sevinc Fədai musavat.com saytına ikinci dəfə müsahibə verib, intihar günü ilə bağlı bütün detalları açıqlayıb.
"Qaynar" həmin müsahibəni təqdim edir:
-Sevinc xanım, istintaqa dəvət olunmusuzmu?
-Bəli, iki dəfə ifadə vermişəm. Bildiriblər ki, növbəti dəfə yeni suallar yaranarsa çağırılacam. Əslində ifadəm yekunlaşıb.
-Nələr soruşublar sizdən?
-Tanışlığımızdan tutmuş, son günkü danışığımıza qədər hər şeyi ifadəmdə bildirmişəm. Mətbuatı, cəmiyyəti maraqlandırmayan sualları belə istintaq üçün cavablandırmışam. Onlar artıq məhrəm və özəl şeylərdir. Onları istintaqdan saxlamaq olmaz. Amma cəmiyyətin və mətbuatın bilməsinə ehtiyac görmürəm. Bu, mənim şəxsi seçimimdir. Bu, mənim ailə məsələmi ictimailəşdirmək olacaq ki, mən buna ehtiyac görmürəm.
-Sizinlə götürdüyüm ilk müsahibədən sonra da daha çox bu sualların yarandığını hiss etdim. Sizi azacıq da olsa qınamağa özündə mənəvi haqq tapanlar "niyə Mövluda geri qayıtmadı, qayıtsaydı bu hadisə baş verməzdi” deyə suallar səsləndirdilər. Eyni sualı istintaq da sizə verdimi?
"Mövlud tez-tez intihar edəcəyini desə də, içkili olmasa, bunu etməzdi”
-Detallara varmaq istəmirəm. Amma bir şeyi deyim ki, mən o evdən yaşamaq üçün, övladımı yaşatmaq üçün getdim. Fiziki, psixoloji olaraq ayaqda qalmaq üçün getdim. O evdən sağlam çıxmaq istədim. Sağlam çıxmadım, zərrə-zərrə ölürdüm, sonda yaşamaq üçün getdim. Açıq olan bir şey var ki, mən də intihar etsəm, Mövludun üstünə düşəcəkdilər. Mövlud nəinki bu basqılara, bir sözə belə tab gətirə bilməzdi. Mən isə intihar etməyi yox, evdən getməyi seçdim. Bunu da cəmiyyət mənə bağışlamır. Az qalırar desinlər ki, kaş ki, sən də öləyidin. Oğlum üçün, uzaqda da olsa Mövlud üçün yaşamaq istəyimi mənə bağışlamırlar. Mən də ona görə yenə kənarda dayanıram ki, qoy yaşamağı bacarım. Evli olduğumuz 3 il ərzində də, sonuncu 2 ay ərzində mənim nə yaşadığımı heç kim bilməyib. Ailəm belə bilməyib. Ara-sıra nəyəsə şahid olanlar olub. Amma bunun da ani bir şey olduğunu demişəm. Hər şeyin keçəcəyini, yaxşı olacağını düşünürdüm. Amma olmadı. Ard-arda yaşananlar məndə güc qoymadı. Mövluda da demişdim ki, Mövlud, Ucal olmasa sonuna kimi gedək bu yolu, ölsək də bir yerdə ölək. Gec və ya tez... Amma Ucal var axı. Onu dünyaya gətirmişəmsə, ona sahib çıxmalıyam. Onu taleyin, bu qəddar cəmiyyətin ümidinə buraxa bilməzdim. Sanki gəmi batırdı, içində də 3 adam...
Əsasən hamının həyatı sosial şəbəkələrdədir. Mənsə xoşbəxt anlarımı, gözəl hadisələrimi paylaşırdım. Bizim şəxsi həyatdan daha çox bir ictimai funksiyamız da var. Jurnalistik, hər şeyi götür-qoy edirik. Mən cəmiyyətə hər zaman ümid aşılamaq istəmişəm. Bu son iki ayda heç kim bilməyib ki, biz ayrılmışıq, həyatımda nələr baş verir. Ən yaxın dostlarımız bunu bilib. Cəmiyyətə öz şəxsi həyatımı yükləmək istəmədim. Amma yaşamaq istəyimi mənə bağışlamadılar. Mən bu gün evə niyə qayıtmadığımı açıqlasam, onda da Mövluddan yapışacaqlar. Bu cəmiyyət ölmüş bir insanı daşlayacaq potensiala malikdir. Onda Mövlud gərək o dünyada da intihar edə. Mən yanğından sağ çıxıb deyəndə ki Mövlud üçün mübarizə aparıb, yaşadım. Onda da üstümə düşdülər ki, sən necə anasan, oğlun üçün yox, Mövlud üçün sağ qaldın? Deyirdim oğlum yanımdaydı, onu qoruya bilirdim. Yəni yaşasan da, ölsən də, səni ittiham etməyə bir məqam tapırlar. Nə yaşamalı, nə də ölməli ölkədi. Nə bilim...
"Mən o evdən yaşamaq üçün, övladımı yaşatmaq üçün getdim. Fiziki, psixoloji olaraq ayaqda qalmaq üçün getdim”
-Sevinc xanım, istintaqda hansı qisimdə ifadə verirsiz? Zərərçəkən, şahid, ya...? Qarşı tərəf sizdən şikayətçi olubmu?
-Şikayət olunmayıb. Mən şahid kimi dindirildim.
-İndi daha çox müzakirə olunan məsələ sizin son gün onunla birgə yaşadığınız evə getmənizdir. Həmin detalın üzərinə qayıda bilərikmi? Həmin gün o evə getdiniz və...
-Mövludun özü ilə danışdım. Evdə olmadığı üçün açarı redaksiyaya qoyacağını dedi. Bütün əşyalarım o evdə idi. Mən də özümə və Ucala aid bəzi geyim əşyalarımızı aldım.
-Həmin günkü telefon danışıqlarınız da bu detalla bağlı idi? Sizin əşyalarınızı evdən götürməniz narazılıq yaratmışdımı?
- O, özü daha öncədən mənə bir neçə dəfə demişdi ki, istənilən vaxt əşyalarını gəlib götürə bilərsən. Özü də deyirdi ki, artıq bu ayrılığı qəbullanıb. Bütün ətrafına da yaxşı olduğunu deyirdi. Əvvəl onun üstündə daha çox əsirdiksə, son günlər bu mərhələni adlatdığını dediyi üçün bizi də rahatlaşdırmışdı. Möhkəm olduğunu deyirdi.
- İddialara görə, ekspertiza onun qanında alkoqol olduğunu müəyyənləşdirib. Bu barədə bilginiz varmı?
-Şahidlər var. Dostları bu barədə danışıblar. Amma istintaqın rəsmi açıqlaması, tibbi ekspertizanın cavabı hər şeyi üzə çıxaracaq. Bilirsiz, Mövlud tez-tez intihar edəcəyini desə də, içkili olmasa, bunu etməzdi.
-Sizin aranızdakı facebook yazışmaları da istintaq tərəfindən araşdırılırmı?
-Bəli. O, səhifəsini deaktiv etdiyi üçün mənim səhifəm üzərindən araşdırma aparılıb. Bizim sonuncu feysbuk danışığımız məncə fevral ayında olub, çünki dediyim kimi prfofilini bağlamışdı.
-Son gün aranızdakı telefon danışıqlarının qrafikindən danışsaq, olarmı? Mənim əldə etdiyim məlumata görə, o, sonuncu dəfə sizinlə redaksiyanın telefonundan zəng edərək danışıb. Bu isə artıq sizdə durumun normal olması, onun redaksiyada oturması barədə əminlik yaradıb. Düz bilirəm?
"Məndən bəzi şeyləri eşidib, məni zəlil, zəif, sındırılmış görüb, haqq qazandırmaqdansa, qoy məni günahkar bilsinlər. Amma mən Mövludun ruhunu belə olsa daş-qalaq qarşısında qoymayacam. Qoy o rahat uyusun”
-Bilirsiz, biz onunla telefonla danışdıq. Mənə "Gündəlik Teleqraf” qəzetinin nömrəsindən zəng etdi, sağollaşdı. Sonra öz nömrəsindən zəng etdi. Ardınca atam onunla danışıb, qardaşı onunla danışıb. Sonra mənə yenidən redaksiyanın telefonundan zəng etdi. Onda mən əmin oldum ki, artıq redaksiyaya qayıdıb. Mövlud binanın başına iki dəfə çıxıb, başa düşürsüz? Amma mən onunla sonuncu dəfə danışanda o, redaksiyanın telefonundan zəng etmişdi. Mən əmin oldum ki, redaksiyadadır, rahat oturub. Ondan sonra da aramızda nə telefon zəngi olub, nə də hər hansı danışıq. Mən bir də səhər xəbər tutdum ki, o, özünü binadan atıb. Üstəlik, bir detalı da deyim. Mövlud mənə telefonda dedi ki, redaksiyaya redaktə işlərini görmək üçün gəlib. Sonra mənə işdəki qızlar danışdı ki, onun kompüteri format olunmuşdu. O da hirslənibmiş ki, mən bura redaktə işi üçün gəlmişəm. Texniki heyətin işçisinə zəng edib ki, mənim kompüterimi format elə. Başını qatmağa, işləməyə gəlibmiş. Sadəcə bir anın içində o dəhşətli qərarı verib. O, dəyişkən xarakterli adam idi. O, bir dəqiqənin içində min cür fikrə düşürdü. Yerə-göyə sığmırdı, heç rahat olmurdu. Mən bir ümid tapırdım ki, gəl onunla nəfəs alaq. O isə sanki qaraya, bədbəxtliyə meylli idi.
-Sevinc xanım, heç ağlınıza gəlirmi ki, bu, intihar yox, sui-qəsddir? Ya da adam sadəcə yuxarıda içkili vəziyyətdə dayandığı halda müvazinətini itirib?
-Onun düşməni yox idi. Heç kim ona qarşı elə hərəkət edə bilməzdi.
-Hadisə baş verəndən sonra "üçüncü şəxs ucbatından yaranan qısqanclıq krizi” versiyası da üzə çıxdı... Hətta bununla bağlı mətbuat adı çəkilən şəxsdən açıqlama da aldı...
-Mövludun səbəbsiz, yersiz qısqanclıqları hər zaman olub. Bu, onun dəyişkən xarakteri ilə bağlı idi. Amma Mövlud hər zaman dostlarının yanında da etiraf edib ki, bizim münasibətlərin bu həddə gəlməsinin, Sevincin məndən uzaqlaşmasının bir səbəbi də mənim bu yersiz ittihamlarım oldu. Belə yersiz ittihamları hər zaman içkili vəziyyətdə olanda deyirdi. Ayılanda da hər zaman üzr istəyir və bir daha bunu təkrarlamayacağını bildirirdi. İkili xarakteri var idi. Anidən adama iynəli söz deyər, bir dəqiqə sonra isə bağışla deyib, adamı qucaqlayırdı. Amma o iynənin izləri çətin keçirdi. Mövludun sağlığında da, o evdən çıxmamaqda da sona qədər əlimdən gələni də, gəlməyəni də etmişəm. İndi də mənim bir çox sualı cavabsız qoymağımın səbəbi onu qorumağımdır.
O, mənim həyat yoldaşım, dostum, övladımın atası olub. Bu gün də onu qorumaq üçün susuram. İnsanlar da anlayışla qarşılasın, bundan artığını nə soruşsunlar, nə də bilib-bilmədən təhlil edib, insanları ləkələsinlər. Məndən bəzi şeyləri eşidib, məni zəlil, zəif, sındırılmış görüb, haqq qazandırmaqdansa, qoy məni günahkar bilsinlər. Amma mən Mövludun ruhunu, belə olsa, daş-qalaq qarşısında qoymayacam. Qoy o rahat uyusun. Onun etdikləri də yəqin ki, özündən asılı deyildi. Nə bilim... Hər şeyi Mövlud özü yaxşı bilirdi və indi də əminəm ki, ruhu duyur. Ona görə mənim vicdanım bu qədər rahatdı. Mən evə qayıtsam da, bədbəxt bir hadisə baş verəcəkdi, əmin olun ki, baş verəcəkdi. Mən bunun qarşısını almaq istəyirdim. Amma olmadı, olmadı. İndi isə Ucal üçün güc tapıb yaşamaq istəyirəm, deyəsən, ona da imkan verməyəcəklər. Deyirlər ki, Mövlud xəstəxanada ola-ola Sevinc onu qoyub İstanbula getmişdi. Onun xəstəxanada müalicə zamanını biz Mövludla özümüz seçmişdik. Mövlud demişdi ki, sən onsuz da bu aralar burda olmayacaqsan, mən də müalicəmi alım. Mən də işlə bağlı səfər etmişdim. İstanbulda, Ankarada dövlət adamları, tanınmış şəxslərlə götürdüyüm silsilə müsahibələr yayımlanıb. Bunun da sübutu var.
-Bu olayla bağlı, sizinlə bağlı yazılan, deyilən hər bir fikirdən xəbərdarsız deyəsən... Və sizi daha çox incidən həm də bunlardır...
"Bu gün mən Ucalın gözünün içinə düz baxa bilməsəm, nəinki 17-ci mərtəbədən, ondan da yüksəkdən atardım özümü. Bunu yaxşı bilirsiniz, çox yaxşı bilirsiniz. Ona görə də icazə verin, Ucalımı sağlam böyüdə bilim”
-İndi zamanı deyil. Amma mən də bu cür məsələlərdə həddini bilməyən, şər-şəbədə ilə məşğul olan, insanların heysiyyatına toxunmağı adiləşdirən şəxslərə qarşı hüquqi addım atacam. Qanun çərçivəsində o cavabı verəcəm. Necə ki, siz məni ictimai şəxs kimi sorğulayırsız, mən də övladı qarşısında məsuliyyəti olan şəxs kimi bu halların qarşısını almaq üçün qanun çərçivəsində addım atacam. Mən bu gün acılıyam, itkim var deyə barəmdə yazılan hədyanlara göz yummayacam. Sosial şəbəkədə yazılan hər şərhə, sözə görə cavab vermək fikrim yoxdur. Mən bu günə qədər ictimaiyyətin qəbul etdiyi imza sahibi olmuşam.
Cəmiyyətin də qarşısında bir imza kimi məsuliyyətim var. Sözünə sərhəd qoymayanlar da qanun qarşısında cavab verəcəklər. Heç kimin hədsizliyinə qarşı səbirli olmaq kimi bir öhdəliyim yoxdur. Mövludu çox istəyən çıxmayıblar. İndi hamı yazır ki, Mövlud istedadalı idi. Amma o istedadına görə haqq etdiyi münasibəti dostlarından, mediadan görmürdü. Mən də deyirdim ki, sən istedadlısan, sənə nə lazımdı, sən yenə hekayələrini yaz. Səni onlar güclü edəcək. Hamı hamını tərifləməli deyil. İndi həmin adamlar Mövludun adından mənim üstümə gəlirlər. Mövlud özü məni incitsə belə, heç vaxt məni başqasının incitməsinə izn verməzdi.
Hətta ən xırda məsələlərdə belə yaxınlarına "birdən Sevincə nəsə deyərsiz ha” deyib, xəbərdarlıq edərdi. Bu gün danışanlar, Mövludun adından mənim üstümə gələnlər onun ruhunu incidirlər. O gün Kəramət (gənc yazar, mərhumun dostu Kəramət Böyükçölü nəzərdə tutur) deyirdi ki, bu gün Mövlud həyatda olsaydı, bir kəlmə deyərdi ki, Sevinci incitməyin. Əgər siz Mövludu tanıyırsızsa, siz onu bilməliydiz. Demək ki, tanımamısız. Məni bilirsiz nə yandırır? Əgər o ittihamlar sizi Mövludun qardaşı, dostu kimi yandırırsa, gəlin yaxamdan tutun, deyin Sevinc, bu nə işdi tutmusan, cavab ver. Bir sillə vurun. Məni itələyib Ucalın boynunu qucaqlayıb ağlayın.
Mənim bu addımı gözlədiyim adamlar feysbukun bir küncündə Ucalın anasına qara yaxırlar. Mənim ən birinci özüm, daha sonra oğlum qarşısında, cəmiyyət və istintaq qarşısında çəkinəcək tərəfim yoxdur. Buna şübhə edənlər sübut, dəlillə istintaq qarşısına çıxıb kişi kimi mübarizə aparsınlar bir qadınla. Bu qədər faciə içindən çıxan bir qadına bu qədər yüklənmək, əsassız yerə ittiham etmək haqqını hardan alırsız axı? Bu boyda ölümün kölgəsində bu işlərlə necə məşğul ola bilirsiz? Həssasiyyətinizi anlayıram, sarsıntınızı anlayıram, itkimiz, acımız böyükdür. Amma acıq çıxacağınız adam vallah mən deyiləm. Əgər acınızı yüngülləşdirmək istəyirsinizsə, bilmək istədiklərinizi məndən soruşun, gəlin birlikdə ağlayaq, danışaq, susaq... Necə ki vicdanlı dostlarımız belə elədi...
O gün ürəyimdən keçirdi ki, Mövludun bir dostu da feysbukdan aralanıb onun iyini Ucaldan almaq istəyə, onunla təskinlik tapmaq istəyəydi kaş. Bir dostunun boynunu qucaqlayıb ondan soruşardım ki, Mövlud niyə belə elədi? Bircə Kəramət gəldi. Mövludun 3 gündən bir inciyib gileyləndiyi Kəramət. Sonra hər ikimizin dostları olan qələm adamları da mənə təskinlik verdilər ki, Ucalın əmisi kimi, dayısı kimi, sənin qardaşın kimi arxandayıq, möhkəm ol. Bu, mənə güc verir. Amma bəs o qara yaxanlar?
Onlar Mövludun ruhu qarşısında nə cavab verəcəklər? Sabah Ucalın gözünün içinə dik baxa biləcəklərmi? Artıq mənim bir qayəm var: Ucalı o qaramat mühitdən qorumaq, qorumaq, qorumaq! Bircə şeyi bilin, bu gün mən Ucalın gözünün içinə düz baxa bilməsəm, nəinki 17-ci mərtəbədən, ondan da yüksəkdən atardım özümü. Bunu yaxşı bilirsiniz, çox yaxşı bilirsiniz. Ona görə də icazə verin, Ucalımı sağlam böyüdə bilim. Bayaqdan ana kimi yaşamaq gücünə sahib olmaq istəyirdimsə, indi mənə ikiqat güc lazımdır. Bunu anlamaq çoxmu çətindir?!