Ölkə.Az saytının qonağı məşhur televiziya və radio aparıcısı Mətanət Əliverdiyevadır.
- Televizoru açırıq Mətanəti görürük, radionu açırıq Mətanəti eşidirik, seriala baxırıq yenə Mətanət..
- Deyir ki, min yeyənin olsun, bir deyənin olmasın. Necə də üzümə dedin e. (gülür) Bu dəyirmanın suyu Sumqayıtdan gəlir. Mən orada doğulmuşam. Sumqayıtın havası mənə pozitiv enerji verir. İşimdən stimul alıram. İşimi sevirəm, ona görə də beləyəm. Mən şən olmağı sevirəm. Problemlərimi hər zaman kənarda saxlayıram. Heç vaxt problemləri simamda görə bilmərsiniz. Kənardan baxanda bəlkə də deyirlər ki, dünyanın ən xoşbəxt adamıdır. Amma bu dünyada tam olaraq xoşbəxt olmaq mümkünsüzdür. Düzünü desəm, heç istəmərəm də tam xoşbəxt olum. Onda hər şey maraqsız olar. Belə daha yaxşıdır.
- Hər işə özünüzü sınamaqla bir növ özünüzü problemlərdən kənarda tutmaq istəyirsiniz?
- O problemi həll edən də mənəm, kənarda qoyan da mənəm, içini qurdalayan da! Hər biri mənə aiddir. Mən vunderkind yox, universal insanam. Hətta univermaq Mətanət də deyə bilərsiz (gülür). Çalışıram ki, müxtəlif sahələrdə özümü sınayım. Həyatsevərlik məni buna sövq edir. Həyatı sevən, ona bağlı olan insan istəyir ki, onu da etsin, bunu da etsin. Hər şeyə baş aparır.
- Bu qədər işin arasında ailəyə necə vaxt ayırırsınız? Yemək biş-düş etmək, ev işləri görmək və s. alınırmı?
- Onları da edirəm. İndi əllərimə baxsanız, onların qabarlarından, cızıqlarından çox şey etdiyimi görərsiniz. Elə vaxt olur ki, heç əl kremi də vurmuram. Vaxtım olmur. Evə nə vaxt getsəm, evin işini də görürəm, yemək də bişirirəm. İki oğlum var, onların paltarlarını da yuyuram, ütüləyirəm. Düzdür, yola salmıram, amma bunları edirəm. Səhər isə saat 6-nın yarısı alaqaranlıqda evdən çıxıram. Buna rəğmən hər şey edirəm.
- Radionu yəqin ki, televiziyadan üstün tutursunuz. Nə də olsa, oradan gəlmisiniz və orada fəaliyyət göstərirsiniz.
- Radionu çox sevirəm. Üstün tutmaq azdır, sevirəm. Desələr ki, televiziyaya çıxma, elə radioda qal, inanın qalaram. Yolda gedəndə 3-5 nəfər mənə “səni sevirik” deyirsə, mənim üçün dünya deməkdir. Demək, nəsə edə bilmişəm.
- Amma radioda səsinizlə tanındınız, televiziyada isə simanızı görüb tanıdıq.
- Düzdür, televiziyada daha geniş kütləyə xitab etmişəm, amma radio əvəzolunmazdır. Çox vaxt radio aparcılarını tanımırlar. Amma mən fəxr edirəm ki, haradasa nəsə danışanda o dəqiqə deyirlər ki, siz o xəbər aparıcısınız. Yəni, söhbət bundan gedir. Səslə də nələrisə demişəm.
- İslanmışın yağışdan qorxusu yoxdur. “İslanmışlardansınızmı?”
- Doğulanda elə suyun içində doğuluruq. Gör, Allah bizi necə gözəl yaradır. Allah qorxusundan, Allahdan başqa kim var ki?! Artıq o vaxtdan Allah qorxusu ilə insan islanır. Allahın yaratdığı bəndədən heç vaxt qorxmaram. Mən mübariz insanam. Ulu tanrıdan başqa heç nədən qorxmuram.
- Efirdə tez-tez tənqidi fikirlərlə çıxış edirdiniz. Buna görə yəqin ki, sizdən inciyənlər çox olub.
- Mən hətta öz övladımı belə tənqid edirəm. O demək deyil ki, övladımı sevmirəm. Hətta övladlarıma, ətrafımdakılara deyirəm ki, nəsə səhv edəndə mənə deyin. İrad tutub, siz də tənqid edin. Bilmədiyim şeyi heç vaxt tənqid etmərəm. Hansı sahədə nəyisə bilirəmsə, demək orada mənim də nəyisə qurdalamağa ixtiyarım var.
- Sosial şəbəkələrdə həddindən artıq çox tənqid olunduğunuz zamanlar oldu. Bir neçə situasiya oldu ki, onlardan sonra tənqidlər qabarıq hal aldı.
- Olan oldu. Kim nə etdi? Heç bir sosial şəbəkədə yoxam. Telefonumun da çox funksiyanı heç bilmirəm. Ancaq “salam, sağ ol” üçün istifadə edirəm. Buna nə həvəsim var, nə də vaxtım. Həmin şəxslər də haqqımda danışdı, danışdı, amma gördülər ki, fayda vermir susdular.
- Səsinizi illər öncə ANS-dən eşitdik, üzünüzü də ATV-də gördük. 17 illik doğma iş yerinizdən ayrılıb, əzəli rəqibin kollektivinə qatılanda nələr hiss etdiniz? Qəribçilik çəkmədiniz?
- Nə? Qəribçilik?! Mən ATV-yə gələndə məni elə qarşıladılar ki, mən özümü necə yad hiss edim? Mən elə bir insanam ki, harasa gedirəmsə, lap meşəyə getsəm, ora da mənə doğmadır. Mən ANS-dən öz xoşluğumla ayrıldım? Məni oradan gül-çiçəklə yola salmamışdılar ki. Bəzi qalmaqallarla ayrılmalı oldum. Yaxşı ki, ANS-dən ayrıldım. Bir məsəl var, özgəsinə quyu qazan, özü düşər. Özləri də elə həmin quyuya düşdülər.
- ANS bağlandıqdan sonra hansı hisləri keçirdiniz?
- Mütəkkəmi qoyub qabağıma oturub hönkür-hönkür ağladım. (kinayəli şəkildə cavab verir) Heç bir hiss keçirmədim. Mən tüpürdümsə, arxama heç vaxt baxmıram. Döndümsə, vəssalam. Yalnız və yalnız irəli gedirəm. Arxada qalan elə arxada qalır. Mən silirəm elə şeyləri. Hər kəs bilir mənim balıqlar bürcü olduğumu. Quyruğumu tapdaladılarsa, gedir mənim üçün.
- Bu qədər işdə işləyirsiniz. Səhərin qaranlığında evdən çıxırsınız. Aldığınız məvacib sizi qane edir?
- Sənə nə, bax, sənə nə?! (gülür) 20 ildən çoxdur artıq bu rejimdə çalışıram. 20 il əvvəl aldığım məvacib bapbalaca idi, amm mən yenə də həvəslə gəlirdim. İndi də nə alıramsa həvəslə gəlirəm. Məni qane edir.
- “Qız atası” serialındakı Mətanətlə bu Mətanətin arasında nə fərq var? Qızlarınız olsaydı, yenə o cür davranardınız?
- Heç bir fərq yoxdur. Orada da təbii halımı canlandırıram. Qızım olsa, basıb gözünü çıxardaram. Mən o rolda sanki anamı canlandırıram. Anam da elə biriydi. Bir şeyi etməyən kimi “damaşnik” gəlirdi başıma, əl atıb saçlarımı yolurdu. (gülür)
- İşığınızı söndürmək istəyənlər çox olub?
- Elə indi də var. Həmin insanlar hər zaman var və olacaqlar. Mən onlarla mübarizə üçün “Azərenerji” ilə müqavilə bağlamışam!
- Bu qədər gözəl xanımsınız. Efirlərdən, radiolardan düşmürsünüz. Yəqin ki, sizə sevgi etiraflarının ardı-arası kəsilməz.
- Əslində, mən sizə nə deyim e... Olmayıb. Vallah, heç kim buna risk etmir. Bunun bilmirəm bir səbəbi varmı, ya yox. Bilirsiniz, ətrafımdakılar mənimlə başqa cür danışır. “Sən qardaşsan, kişi qızsan” deyirlər. Mən nə qardaşam, nə də kişiyəm. Mən xanımam, mən bacıyam, mən bir anayam. Yəni, məni o gözdə kimsə görəndə qıcıqlanıram.
- Bəlkə də evdə çox tapılmadığınız üçün, ailəyə yetəri qədər zaman ayırmadığınız üçün, yoldaşınıza lazımı qayğı göstərmədiyiniz üçün 2 dəfə ayrılmısınız.
- Ailəyə vaxt ayırmaq lazımdır. Həyat yoldaşına da həmçinin. Ona görə də mənlik olmur. Alınmı, alındıra bilmirəm. Toplaya bilmirəm. Dediklərin olsaydı, hə o zaman nəsə ola bilərdi. Amma məndə alınmır.
Söhbətləşdi: Niyam Şirinov
Fotolar: Nurlan Gülməmmədov