Azərbaycan efirində iki müğənninin söyüşlü saçyoldusuna AÇIQLAMA - VİDEO18+

Azərbaycan efirində iki müğənninin söyüşlü saçyoldusuna AÇIQLAMA - VİDEO18+ Son günlər sosial şəbəkədə müğənni Aynur Dadaşova ilə Natavan adlı ifaçının qalmaqallı videosu yayılıb.
Müğənnilərin bir-birinə söyüşlər söydüyü video aparıcı Sərxan Kərəmoğlunun uzun illər əvvəl "Space"də yayımlanan verilişində lentə alınıb.

S.Kərəmoğlu saytımıza açıqlamasında videonun 15 il sonra "qara piar" məqsədiylə yayımlandığını deyib:

"Həmin videonu çəkiliş zamanı orada olan bir nəfər çəkib, başqa prodakşına satdı. Bu hadisədən sonra xəbərimiz olmuşdu. Bu süjet efirə səssiz getdi. Çünki Etibar Babayev dedi ki, 1 dəqiqəlik görüntü verin, yoxsa sizdən əvvəl kimsə yayımlayacaq. Veriliş canlı yayımlanmırdı. İki veriliş çəkilirdi. Aynur digər verilişdə yer alacaqdı, amma 1 saat tez gəlmişdi. Hadisələrin necə baş verdiyindən xəbərimiz olmadı. Bu videonu yaymaqla bilmirəm mənə qarşı təxribat hazırlanıb, ya necə. Son günlər etdiyim işlər çoxlarının boğazından keçmir. Sosial şəbəkədə videonu paylaşıblar ki, baxın, 15 il əvvəl efirləri bərbat hala salan aparıcı. Aynur da sənətə yenidən qayıdıb, bununla ya reklam olunur, ya da vurmaq istəyirlər. Çünki o biri özünə Natavan ləqəbi qoyan qız indi heç gündəmdə yoxdur. Amma inanmıram ki, Aynur Dadaşova belə qara piara razılaşa".

Aynur Dadaçova məsələyə münasibət bildirib. O bildirib ki, sənətə yenidən qayıtmasını bir çoxları qəbul etmir:

"Son günlər yayılan videoya görə son dəfə danışıram. Hadisə 15 il əvvəl baş verib. Bunu yaymaqda kimlərin məqsədi nədir bilmirəm. Bu günə qədər niyə yayılmırdı? Yenidən səhnəyə qayıtdım, kimlərinsə yerini dar etdim... Mən Aynur Dadaşovayam, öz taxt-tacımdayam. Kimsə məni həzm edə bilmirsə, bu, onun öz işidir. Mənim nə ucuz reklama, nə də qalmaqala ehtiyacım var. Sənəti olan, özünə güvənən meydana buyursun".

///Axşam.az-



Oxşar xəbərlər